Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02
Ölkə futbolu

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 33-cü turunda “Kəpəz” üzərində qazanılan minimal hesablı (1:0) qələbədən sonra mətbuat konfransında iştirak edib.

Ukraynalı mütəxəssis matçla bağlı təəssüratlarını bölüşməklə yanaşı, gələcək karyerası və komandadakı vəziyyətlə bağlı maraqlı açıqlamalar verib.

Avrokuboklara hazırlıq dövrünün qısa olması ilə bağlı narahatlıqlara toxunan Vernidub, bunun yalnız “Neftçi”yə deyil, bütün klublara aid bir çətinlik olduğunu bildirib: “Bu, ümumi problemdir. Lakin biz mövcud vəziyyətdən ən yaxşı şəkildə çıxmaq üçün əlimizdən gələni edəcəyik. Mən istənilən ssenariyə hazıram”.

Azarkeşlərin ona olan böyük rəğbəti və uzunmüddətli müqavilə arzularına münasibət bildirən baş məşqçi, hazırda işinə fokuslandığını vurğulayıb: “Müqaviləmin bitməsinə hələ bir il var və bu müddət ərzində maksimum nəticə göstərməyə çalışacağam. Məşqçilik peşəsi olduqca qeyri-sabitdir. Bu gün zirvədəsən, sabah isə hər şey əksinə ola bilər. Əgər rəhbərlikdən uzunmüddətli təklif gələrsə, əlbəttə ki, dəyərləndirərəm. Mən Azərbaycanı və buranın insanlarını çox sevirəm, burada işləməkdən məmnunam”.

Karyerasının böyük hissəsini Ukraynada keçirməsinin səbəblərinə də toxunan mütəxəssis, “Neftçi”dəki şəraitdən razılığını ifadə edib: “Ukraynada bütün mərhələləri – akademiyadan tutmuş əsas komandaya qədər keçmişəm. Belorusiyadakı fəaliyyətimdən sonra vətənə dönüb “Krivbass”la bürünc medal qazanmaq böyük uğur idi. Yeni təklifləri həmişə nəzərdən keçirirəm. Ancaq vurğulamaq istəyirəm ki, “Neftçi” kimi böyük bir kluba gəlmişəm. Burada yüksək səviyyəli şərait var və bizə sadəcə, işləyib nəticə qazanmaq qalır”.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11