Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37
Ölkə futbolu

Premyer Liqanın 33-cü turunda “Neftçi”yə minimal hesabla (0:1) məğlub olan “Kəpəz”in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb.

Gənc futbolçulara şans verməkdən məmnun olduğunu bildirən mütəxəssis, komandanın gələcəyi üçün bunun vacib olduğunu vurğulayıb: “Gənclərə daha çox meydanda olmaq şansı tanıdığım üçün sevinirəm. İnanıram ki, onlar gələcəkdə ölkə futbolunun aparıcı simalarından birinə çevriləcəklər. Lakin bunun üçün hələ çox çalışmaq lazımdır. Meydanda ciddi mübarizə getdi və hər kəs bacardığını etməyə çalışdı. Çətin bir mövsümü geridə qoyduq. Komandaya mövsümün gedişində qoşulmuşdum və ən azından son iki pillədə qərarlaşmadığımız üçün şadam”.

Bağırov baş məşqçi postundakı gələcəyi ilə bağlı suallara da aydınlıq gətirib. O, hazırkı klub rəhbərliyi ilə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib: “Gələcəyimlə bağlı qərarı yaxın zamanda ictimaiyyətə açıqlayacağıq. Rəhbərliklə münasibətlərimiz çox yaxşıdır və onlar mənə komandada qalmağı təklif ediblər. Hazırda bir neçə variantı dəyərləndirirəm, hətta indiki işimdən daha yaxşı təklifim də var. Hələ ki, qəti qərar verə bilmirəm, çünki iş prosesində müəyyən disbalanslar var. Bir çox məqamlara aydınlıq gəldikdən sonra son qərarımı bildirəcəyəm”.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11