Valdas Dambrauskas: “Qol vurmaqdan doymuruq, komandamla fəxr edirəm”

12.08.26 | 00:20
Ölkə futbolu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında Danimarkanın “Orxus” klubunu 4:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayan “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında mətbuat mənsublarının suallarını cavablandırıb.

Litvalı mütəxəssis tarixi qələbəni şərh edərək, komandasının çıxışını yüksək qiymətləndirib, eləcə də taktiki gedişlər və gələcək hədəflər barədə fikirlərini bölüşüb.

Oyunun ümumi mənzərəsini dəyərləndirən Dambrauskas, ilk növbədə futbolçularının əzmkarlığını xüsusi qeyd edib. O bildirib ki, səfərdəki məğlubiyyətdən sonra komanda düzgün nəticə çıxarmağı başarıb: “Oyuna görə futbolçularımla fəxr edirəm. Bu qələbədə hər kəsin böyük payı var. Danimarkadakı məğlubiyyətdən sonra çox şey öyrənmişdik və bu gün məhz detallar həlledici oldu. Səhvlərindən dərs çıxaran komanda meydandan qalib ayrıldı. Rəqibin cəmi bir real təhlükəsi oldu ki, onu da qapıçımız dəf etdi. Meydanda dominant və istəkli tərəf biz idik. Rəqibin təzyiqinə baxmayaraq, oyunun ritmini daim nəzarətdə saxladıq. İlk qoldan sonra onların müqavimətini qırdıq və ardı gəldi”.

Matç ərzində komandanın hücum potensialını və taktiki gedişləri vurğulayan baş məşqçi, fərdi performanslara da toxunub. O, Djoy-Lans Mikkels və Ksander Severinanın oyununu xüsusi fərqləndirib: “Mikkelsin hər iki cinahda oynaya bilməsi böyük üstünlükdür. Heyətimdə belə universal futbolçuların olması məni xoşbəxt məşqçi edir. O, sol cinahda yer alsa da, sərbəst idi və istədiyi anlarda mövqeyini dəyişərək rəqibin səhvlərindən məharətlə yararlandı. Severinaya gəldikdə isə onun hər iki ayağı işləkdir və zərbələri çox təhlükəlidir. O, qol epizodunda üç dəfə saxta hərəkətlə rəqibi aldatdı, dördüncüdə isə tora yol tapdı. Top-futbolçular meydanda nə etməli olduqlarını çox yaxşı bilirlər. O, mənə yeni gəldiyi vaxtlardakı Maludanı xatırladır”.

Sabah”ın bu mövsüm doğma meydanda qol buraxmaması faktına diqqət çəkən Dambrauskas, bunun xüsusi bir sirri olmadığını, sadəcə daim hücum haqda düşündüklərini bildirib. O, eyni zamanda yeni qapıçı və hücumçu axtarışları barədə suallara aydınlıq gətirərək, sərəncamındakı heyətə tam güvəndiyini qeyd edib: “Qapımızı toxunulmaz saxlamağımızın xüsusi bir sirri yoxdur. Biz ilk dəqiqələrdən dominant olmağa çalışırıq və qol vurmaqdan doymuruq. Transferlərə gəldikdə, hazırda 4 qapıçımız var və mən gənc, yerli qolkiperlərimizə çox güvənirəm. Eləcə də hələ əsas heyətdə şans qazanmayan 10 yeni futbolçumuz var. Onlar zamanla özlərini mütləq göstərəcəklər”.

Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblər (“Srvena Zvezda” və ya “Hapoel Beer Şeva”) barədə düşünmək üçün hələ tez olduğunu vurğulayan mütəxəssis, komandanın bütün diqqətini daxili çempionata yönəltdiyini deyib: “Pley-offdakı rəqibi müzakirə etmək istəmirəm. Hazırda yalnız çempionatı və yenilənmiş “Kəpəz”lə oyunu düşünürük”.

Baş məşqçi həmçinin Avrokubokların liqa mərhələsindəki ev oyunlarının hansı stadionda keçiriləcəyi ilə bağlı sualı klub rəhbərliyinin səlahiyyətinə aid edərək, qaydalara əsasən doğma arenada çıxış edə bilməyəcəklərini, yekun qərarın isə tezliklə bəlli olacağını əlavə edib.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00