Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18
Dünya futbolu

“İnter”dəki çempionluq mövsümündə (2008/2009) Joze Mourinyo ilə Zlatan İbrahimoviç arasında yaşanan diqqətçəkən bir epizod “Netflix”in portuqaliyalı mütəxəssisə həsr olunmuş sənədli filmində üzə çıxıb.

A Seriyasının mövsüm üzrə ən yaxşı futbolçusu seçilən və “Atalanta” ilə matçın səhəri günü bu mükafatı almağa hazırlaşan isveçli hücumçu, oyunun ilk yarısındakı zəif çıxışına görə baş məşqçisinin sərt tənqidi ilə üzləşib.

Zlatan həmin anları belə xatırlayır: “Fasilədə Joze mənə yaxınlaşıb dedi: “Bu mükafatı alanda utanmalısan. Anana deməlisən ki, sən buna layiq deyilsən. İlk hissədəki oyunundan sonra sadəcə xəcalət çəkməlisən“. Bu sözlərdən sonra ikinci hissəyə inanılmaz hirs və motivasiya ilə çıxdım. Öz-özümə düşündüm: “İndi bu axmağa kim olduğumu göstərəcəyəm”.

Mourinyonun bu psixoloji həmləsi dərhal nəticə verib. Fasiləyə 2:2 hesabı ilə yollanan “İnter”də ikinci yarıda bir daha fərqlənən İbrahimoviç komandasına 4:3 hesablı çətin qələbə qazandırıb.

İsveçli ulduz portuqaliyalı mütəxəssisin liderlik keyfiyyətlərini həmişə yüksək qiymətləndirdiyini bildirib: “O, mənim daxili dünyama nüfuz etməyi və məni necə motivasiya edəcəyini mükəmməl bilirdi. Ona böyük hörmətim var”.

“İnter”də A Seriyası çempionluğu yaşayan və həmin mövsüm 25 qolla turnirin bombardiri olan İbrahimoviç, daha sonra Mourinyo ilə “Mançester Yunayted”də də bir araya gələrək Avropa Liqası və İngiltərə Liqa Kubokunu qazanıb.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00