Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39
Dünya futbolu

İspaniyalı hücumçu PSJ-yə keçidi ərəfəsində “Barselona” düşərgəsini tərk edib. Kataloniya təmsilçisinin əsas hədəfi isə Xulian Alvaresdir.

Ferran Torres “Barselona”dan ayrılmağa çox yaxındır. İspaniyalı hücumçunun gələcəyi ilə bağlı qərarı səbirsizliklə gözlənilirdi və o, bir neçə gün əvvəl baş məşqçi Hansi Flikə PSJ-yə keçmək istədiyini bildirmişdi. İndi isə futbolçu daha kəskin və qəti addım atıb.

Torres məzuniyyətdən qayıdaraq komanda ilə hazırlıqlara başlamalı olduğu halda, bu, gerçəkləşməyib. Kataloniyanın nüfuzlu “Sport” nəşrinin məlumatına görə, futbolçu axşam saatlarında Flikə zəng edərək məşqdə iştirak etməyəcəyini açıqlayıb: “Mən bazaya gəlməyəcəyəm, sabah məşqdə olmayacağam. Mən gedirəm”.

İspaniyalı hücumçu PSJ-yə transferi dərhal rəsmiləşməsə belə, yaxın günlərdə “Barselona” ilə məşqlərə qatılmaq niyyətində olmadığını rəhbərliyin diqqətinə çatdırıb.

Görünən odur ki, 26 yaşlı forvardın Kataloniya klubundan gedişi artıq qaçılmazdır. İspaniya mətbuatının yaydığı informasiyaya əsasən, Torres Paris təmsilçisi ilə çoxillik müqavilənin şərtlərini tam razılaşdırıb. Bu qərarda PSJ-nin baş məşqçisi Luis Enrikenin mühüm rolu olduğu vurğulanır. Mütəxəssis oyunçu ilə şəxsən əlaqə saxlayaraq onu Parisə köçməyə inandırıb.

Klublararası danışıqlar artıq bir neçə gündür davam edir və yekunlaşmaq üzrədir. Fransa çempionunun bu transfer üçün “Barselona”ya 50 milyon avro ödəyəcəyi, əlavə 5 milyon avronun isə bonus şəklində nəzərdə tutulduğu bildirilir. Keçidin rəsmi olaraq ən qısa zamanda təsdiqlənməsi ehtimal edilir.

Hazırda Torres tibbi baxışdan keçmək üçün Parisdən yaşıl işıq gözləyir. “Barselona” rəhbərliyi ona məşqləri buraxmağa icazə, Flik də öz növbəsində məsələni böyütməməyə üstünlük verib.

İspaniyalı hücumçunun gedişi fonunda kataloniyalılar dərhal hücum xəttini gücləndirmək yollarını axtarır. Klubun əsas hədəfi Madrid “Atletiko”sunun ulduzu Xulian Alvaresdir. Argentinalı forvardın da “Barselona”ya keçidinin rəsmiləşməsi üçün klubuna təzyiq göstərdiyi iddia olunur.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00