Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55
Ölkə futbolu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belqrad “Srvena Zvezda”sını mübarizədən kənarlaşdıran İsrailin “Hapoel” (Beyer-Şeva) klubu pley-offda Azərbaycan çempionu “Sabah”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belqrad “Srvena Zvezda”sını mübarizədən kənarlaşdıran İsrailin “Hapoel” (Beyer-Şeva) klubu pley-offda Azərbaycan çempionu “Sabah”la üz-üzə gələcək.

Vaxtilə İsrailin “Makkabi” (Xayfa) klubunda çıxış etmiş 23 yaşlı hücumameylli yarımmüdafiəçi Ran Koxukun baş məşqçisi olduğu sabiq rəqibi və hazırkı komandasının son çıxışı barədə fikirlərini bölüşüb.

Əvvəlcə III təsnifat mərhələsindəki oyunu dəyərləndirən və “Sabah”ın heyətində ilk qolunu vuran Severin təəssüratlarını belə ifadə edib:  “Özümü mükəmməl hiss edirəm. Çox yaxşı oyun nümayiş etdirərək haqq etdiyimiz qələbəni qazandıq. Hələ ilk matçdan görünürdü ki, biz üstün tərəfik. Təəssüf ki, həmin görüşdə imkanlardan istifadə edə bilmədik. Cavab oyununda üstün tərəf olduğumuzu bir daha göstərdik. “Sabah”ın heyətində ilk qolumu vurmaq mənim üçün çox xoş oldu. Ümid edirəm ki, növbəti matçlarda da komandama daha çox qolla fayda verəcəyəm”.

Keçmiş komandasının prinsipial rəqibi ilə pley-off oyunlarına toxunan niderlandlı vinger İsrail klubunun gücünü vurğulayıb: “Hapoel” çox yaxşı komandadır. “Makkabi”də oynayarkən onlara qarşı çıxış etmişəm. Bizi iki maraqlı və gərgin qarşılaşmanın gözlədiyini düşünürəm. Bu mərhələdə zəif rəqib olmur — əgər bir komanda pley-offa qədər gəlib çıxıbsa, deməli, kifayət qədər güclüdür”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00