“Sumqayıt” klubu heyətini yeni legionerlə gücləndirib. “Kimyaçılar” braziliyalı mərkəz müdafiəçisi Renan Santananı rənglərinə bağlayıb.
Klubdan verilən məlumata görə, 21 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, gənc müdafiəçinin sonuncu iş yeri Portuqaliya “Famalikao”su olub.