Ran Kojux: “Heç kim məni sınmış görməyəcək – “Sabah” böyük qəhrəmanlıq göstərdi”

26.08.26 | 00:08
Ölkə futbolu

Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a əlavə vaxtda 2:5, ümumi hesabda isə 4:6 hesabı ilə məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirəcək “Hapoel” (Beer-Şeva) klubunun baş məşqçisi Ran Kojux qarşılaşmadan sonra keçirilən mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.

Əsas vaxtın başa çatmasına cəmi 17 saniyə qalmış qol buraxaraq Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə şansını əldən verən israilli mütəxəssis ağır məğlubiyyətin məyusluğunu gizlətməsə də, komandasının gələcəyinə nikbin yanaşdığını bildirib.

Kojux “Sabah”ın sonadək mübarizəsini və xarakterini xüsusi qeyd edib: “Biz belə məğlubiyyətlərdən dərs çıxarır, daha da güclənirik. İsraildə son saniyələrdə Çempionlar Liqasına vəsiqə şansını itirən böyük məşqçilər olub. Deməli, mən də pis qrupda deyiləm. “Hapoel” bu səviyyədə oynamağa layiq olduğunu göstərdi.

Futbolda əldə etdiyimiz bütün uğurlara məhz belə uğursuzluqlardan sonra nail olmuşuq. Heç kim məni sınmış görməyəcək. Biz Çempionlar Liqasına vəsiqə qazanmaq istəyirdik, amma “Sabah” bunu daha çox istədiyini göstərdi. Rəqibimiz həqiqətən böyük qəhrəmanlıq nümayiş etdirdi”.

İsrail klubunun baş məşqçisi qarşılaşma zamanı yaşanan fiziki problemlərdən və Cibril Diopun 100-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasından da danışıb: “Meydandan çıxardığım bütün futbolçular – əvvəlcə İqor Zlatanoviç, daha sonra Niv Yehoşua və İtai Rotman – özləri əvəzlənmələrini xahiş etdilər. Futbolçular fiziki cəhətdən tamamilə tükənmişdilər. Bu da həm taktiki dəyişikliklər etməyi, həm də oyunun gedişinə nəzarəti olduqca çətinləşdirdi.

Hakimin bizə nə üçün bu qədər sarı vərəqə göstərdiyini də anlamadım. Diopun qırmızı vərəqə alması isə məni həqiqətən qəzəbləndirdi. Bu, baş verməməli olan və oyunun taleyinə ciddi təsir edən kritik dönüş nöqtəsi idi”. Məğlubiyyətə baxmayaraq futbolçularının fədakarlığını yüksək qiymətləndirən 46 yaşlı mütəxəssis mübarizənin davam etdiyini bildirib: “Əsas vaxtın bitməsinə 20 saniyə qalmış qol buraxdıq, nəzarətimizdən kənar anlar yaşandı. Amma oyunçularım bu gün meydanda bütün qüvvələrini qoydular və mən onlara minnətdaram. Çempionlar Liqası arzumuz sarsılsa da, qarşıda bizi Avropa Liqasının çətin turniri və daxili çempionat gözləyir. İnanıram ki, bu komanda ilə hələ çox uğurlu günlərimiz olacaq”.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20