«Qarabağ» Avstriyanın Tirol bölgəsində keçirəcəği təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunundakı rəqibini elan edib. Ağdam təmsilçisi yerli Bundesliqa təmsilçisi «Tirol» klubu ilə qarşılaşacaq. İyunun 27-si, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək bu matç, əslində nəzərdə tutulan Bolqarıstan ÇSKA-sı ilə görüşü əvəzləyib. Belə ki, komandaların Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqib olması səbəbindən ÇSKA ilə oyun ləğv edilmişdi.
Qeyd edək ki, «köhlən atlar» iyulun 1-də daha iki sınaq matçına çıxacaq: saat 15:00-da Ukraynanın «Xarkov», saat 20:00-da isə Macarıstanın «Ferentsvaroş» klubu ilə qüvvəsini sınayacaq.