DÇ-2026-nın qrup mərhələsində Tunis yığması növbəti ağır məğlubiyyətini Yaponiyadan aldı – 0:4. Hər hissədə qapısından iki qol buraxan Afrika təmsilçisi bu məğlubiyyətlə pley-offa yüksəlmək şanslarını rəsmən itirdi.
İlk turda İsveçə 1:5 hesabı ilə uduzan tunislilər turnirdə acınacaqlı statistikaya imza atıblar. MisterChip portalının məlumatına görə, Tunis son 52 ildə mundialın startındakı ilk iki oyunda 9 və ya daha çox qol buraxan ilk Afrika komandası olub. Sonuncu belə bərbad göstərici 1974-cü ildə qrup mərhələsində 11 qol buraxan Zair millisinə məxsus idi.
Tunis yığması qrupdakı son formal matçını iyunun 26-da Niderlanda qarşı keçirəcək.