Dünya çempionatının F qrupunda II turun mərkəzi qarşılaşması Niderland və İsveç yığmaları arasında baş tutub. İlk turda Yaponiya ilə bərabərlikdən (2:2) sonra Ronald Kumanın komandasına mütləq qələbə lazım idi. Digər tərəfdən, Tunis üzərindəki darmadağın sayəsində (5:1) rahat mövqedə olan İsveç bu matça xal itkisi qorxusu olmadan çıxmışdı.
Lakin oyun heç də Qrem Potterin komandasının gözlədiyi kimi keçməyib. Yaponiya ilə matçın son dəqiqələrində qələbəni əldən verən Niderland millisi, acığını İsveçdən çıxaraq rəqibini darmadağın edib.
Niderlandlıların bu möhtəşəm qələbəsində Kodi Qakpo, Brayan Brobbi və Krisensio Sammervillin vurduğu qollar həlledici rol oynayıb.
Bu qələbə sayəsində xalını 4-ə çatdıran Niderland F qrupunun liderliyinə yüksəlib.
Dünya kuboku. F qrupu, II tur
Niderland – İsveç 5:1
Qollar: Brobbi (5, 17), Qakpo (47, 54), Sammervill (89) – Elanqa (59)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Niderland: Verbryuggen, Dumfris, Van Deyk, van Heke, van de Ven, Qravenberx, de Yonq (Kopmayners, 60), Reynders (Til, 60), Malen (Sammervill, 46), Brobbi (Depay, 72), Qakpo.
İsveç: Nordfeldt, Lagerbyalke, Hin, Lindelöf, Karlström (Zeneli, 56), Berqnhardsson (Elanqa, 56), Nüqren (Berqvall, 56), Ayari (Ali, 79), Qudmundsson, Dyökerş, İsak.
Sarı vərəqələr: Qudmundsson (53), Ayari (75), Berqvall (81)
Stadion: “NRG Stadium” (Hyuston, ABŞ)