Montella məğlubiyyətdən danışdı, Gülər üzr istədi: Türkiyə tarixi antirekordla DÇ ilə vidalaşdı

20.06.26 | 18:23
Dünya futbolu

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsində Paraqvaya 0:1 hesablı məğlubiyyəti şərh edib. Rəqibin matçın böyük hissəsini azlıqda oynamasına baxmayaraq, qol vura bilməyən “ay-ulduzlular” turnirlə vaxtından əvvəl vidalaşıb.

İtalyan mütəxəssis nəticədən məyus olsa da, komandasından razı qaldığını bildirib: “Çox kədərliyəm, amma futbolçularımla fəxr edirəm. Son fitə qədər meydanda hər şeyi etdilər. Hesabı bərabərləşdirməyə çox yaxın idik, lakin bu, futboldur. Bəzən bəxt amili də rol oynayır. Rəqib cərimə meydançasında kəsərli ola bilməsəniz, problemlər yaranır. Matçın taleyini epizodlar həll etdi”.

2002-ci ildən sonra ilk dəfə mundiala qatılan və qrupun fovariti sayılan Türkiyə millisi üçün bu uğursuzluq böyük şok olub.

Türkiyə millisinin ulduzu Arda Gülər çıxışlarını “biabırçılıq” adlandırıb. Daha sonar “Real”ın yarımmüdafiəçisi azarkeşlərdən üzr istəyib: “Biz mütləq qol vurmalı və bu oyunlarda qalib gəlməli idik. Türk xalqından üzr istəyirəm”.

Opta-nın statistikasina görə, Türkiyə millisi qol vura bilmədiyi son iki oyunda rəqib qapılarına ümumilikdə 62 zərbə endirib. Bu, qapıya zərbələrin qeydiyyatı aparılan 1966-cı ildən bəri dünya çempionatları tarixinin mütləq antirekordudur. Türkiyə bu qarşılaşmada da zərbə sayında rəqibini darmadağın edib – 32:7.

Paraqvay millisinin argentinalı baş məşqçisi Qustavo Alfaro isə çətin qələbəni belə şərh edib: “Hər şeyin əleyhimizə olduğu anlar var idi, lakin biz bu çətinliyin öhdəsindən gələcəyimizə inanırdıq”.

Qeyd edək ki, Paraqvay ilk hissənin sonunda Migel Almironun qırmızı vərəqə almasından sonra meydanda 10 nəfərlə qalıb. Almiron futbolçuların matç zamanı ağızlarını bağlamasını qadağan edən yeni qaydanı pozduğu üçün meydandan qovulub.

Komandanın yarımmüdafiəçiləri Andres Kubas və Galarza bu qələbənin ölkə üçün unudulmaz olduğunu vurğulayıblar. Paraqvayın qapıçısı Orlando Gill isə etdiyi kritik seyvlərlə matçın qəhrəmanına çevrilib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46