PSJ dalbadal ikinci dəfə UEFA Superkubokunun qalibi oldu!

13.08.26 | 02:44
Dünya futbolu

Avstriyanın Zaltsburq şəhərindəki “Red Bull Arena”da UEFA Superkuboku uğrunda  PSJ-si ilə “Aston Villa”nın üz-üzə gəldiyi matç Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar qarşılaşmaya ehtiyatlı başlayıblar. Lakin ilk 20 dəqiqədən sonra təşəbbüsü ələ alan PSJ hesabı açmağa müvəffəq olub. Desir Duenin zərbəsini “Aston Villa”nın qapıçısı dəf etsə də, hücumun davamında Xviça Kvaratsxeliya dönən topu dəqiq zərbə ilə tora göndərib.

Qoldan sonra da ərazi üstünlüyünü qoruyan PSJ ilk hissənin sonlarına yaxın müdafiədə boşluqlar verməyə başlayıb. “Aston Villa”nın hücumlarında Con Makginn və 17 yaşlı debütant Kəsper Madjo fəallığı ilə seçiliblər. Gənc hücumçu bir neçə əlverişli fürsətdən yararlana bilməsə də, fasilə ərəfəsində istəyinə çatıb. 45-ci dəqiqədə Makginnin cinahdan ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayan Madjo hesabı bərabərləşdirib.

İkinci hissəyə daha fəal başlayan Birmingem təmsilçisi rəqib qapısı önündə təhlükəli epizodlar yaratmaqda davam edib. Hətta epizodların birində PSJ qapıçısının möhtəşəm reaksiyası Makginnə hesabı dəyişməyə imkan verməyib.

Paris klubu isə hücum qurmaqda çətinlik çəksə də, azsaylı imkanlarından maksimum yararlanıb. 61-ci dəqiqədə Desir Due topu tora göndərərək PSJ-ni yenidən önə keçirib. Matçın baş hakimi əvvəlcə oyundankənar vəziyyət qeydə alsa da, VAR sisteminin müdaxiləsindən sonra qol hesaba alınıb

Qoldan sonra “Aston Villa” hesabı bərabərləşdirmək üçün bütün imkanlarını səfərbər etsə də, PSJ-nin müdafiəsini yarmaq mümkün olmayıb. Unai Emerinin komandası bir neçə əvəzetmə ilə oyunun axarını dəyişməyə çalışsa da, bu cəhdlər nəticə verməyib.

Beləliklə, PSJ 2:1 hesablı qələbə qazanaraq ardıcıl ikinci dəfə UEFA Superkubokunun sahibi olub.

“Aston Villa” isə uğursuzluqla üzləşib. Müxtəlif komandalarla 5 dəfə Avropa Liqasının qalibi olan Unai Emeri bununla da UEFA Superkubokunda qələbə həsrətinə son qoya bilməyib.

PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) – 2:1

Qollar: Kvaratsxeliya (20), Due (61) – Madjo (45)

Baş hakim: Omar Artan (Somali)

PSJ: Safonov, Mendes (Ernandes, 75), Paço, Markinyos, Hakimi, Zair-Emeri, Vitinya, Neves (Fabian Ruis, 75), Kvaratsxeliya (Beraldo, 88), Due (Mayulu, 87), Akliuş (Dembele, 46).

“Aston Villa”: Bisot, Maatsen, Pau Torres (Mings, 79), Lindelöf, Keş, Hemmings, Kamara (Boqarde, 72), Joao Qomes (Barkli, 79), Makginn (Alisson, 72), Madjo (Abraham, 72), Buendia.

Sarı vərəqələr: Pau Torres (51), Joao Qomes (64), Makginn (73)

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00