PSJ 5 milyon avro qazandı, Madjo isə adını tarixə yazdı

13.08.26 | 03:12
Dünya futbolu

Gecə saatlarında başa çatan UEFA Superkuboku uğrunda həlledici matçda PSJ “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.

56-cı ildönümünü qeyd edən Paris təmsilçisi üçün bu qələbə həm də ciddi maliyyə gəliri deməkdir. UEFA Superkubokundakı zəfər PSJ-nin büdcəsinə 5 milyon avro qazandırıb. Turnirin finalçısı “Aston Villa” isə təsəlli mükafatı olaraq 4 milyon avro əldə edib.

 Fransa nəhəngi bu görüşdə sadəcə kuboku qazanmaqla kifayətlənməyib. Qələbə sayəsində parislilər qol vurduqları ardıcıl matçların sayını 29-a çatdırıblar. Komanda bununla da 2020-ci ilin iyulunda qırılan mütləq rekorduna, ardıcıl 36 oyunluq qol seriyasına bir qədər də yaxınlaşıb.

Görüşün ən çox diqqət çəkən isimlərindən biri isə “Aston Villa”nın gənc fransız futbolçusu Brayan Madjo olub. Meydana ilk dəqiqələrdən çıxan 17 yaş 212 günlük  nəinki UEFA Superkuboku tarixində, ümumilikdə bütün avrokubok finalları tarixində start heyətində yer alan ən gənc futbolçu adına sahib çıxıb.

Gənc vunderkind cəmi 17 yaşında sadəcə iştirakı ilə deyil, həm də məhsuldarlığı ilə rekorda imza atıb. Birinci hissənin sonlarında adlı-sanlı rəqibin qapısına yol taparaq hesabı bərabərləşdirən (1:1) Madjo, avrokubok finalları tarixində həm start heyətdə yer alan, həm də qol vuran ən gənc futbolçu kimi adını tarixə yazdırıb.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00