Niderlandlı ekspertlər “Qarabağ” təhlükəsindən danışdılar: “Tvente”ni Avropasız qoya bilər

24.08.26 | 00:21
Ölkə futbolu

“Tvente” üçün mövsümün uğursuz startı hazırda Niderland idman gündəminin əsas müzakirə mövzusudur. Nüfuzlu “TwenteInsite” nəşrinin məlumatına görə, “Ferensvaroş”a məğlub olaraq Avropa Liqası ilə vidalaşan “tukkerlər”, “Qarabağ” səddini keçə bilməyəcəkləri təqdirdə Konfrans Liqasından da kənarda qalacaqlar.

Məşhur “KickOff” podkastında çıxış edən tanınmış idman jurnalistləri Valentin Drissen və Mayk Vervey “Tvente”də idarəetmə və baş məşqçi postundakı vəziyyəti sərt tənqid ediblər.

Drissen komandadakı enişi qaçılmaz hesab etdiyini bildirib: “Əlbəttə, hər şey tərsinə gedəcək. Xüsusilə də Con van den Brom üçün vəziyyət çətindir. Onu sadəcə qurban verirlər. Özü də gedəcəyini deyə bilərdi, amma bunu da etmir”.

Mayk Vervey isə uğursuzluqda klubun texniki direktoru Erik ten Haqın qərarlarını xüsusi vurğulayıb: “Təəccüblü olan odur ki, ictimai rəyin və Con van den Bromun ötən mövsümkü nəticələrinin təzyiqi altında Erik ten Haq onu postunda saxlamaq qərarına gəldi. Görünür, bu addım tam bir fəlakətlə nəticələnir. Çünki hər bir texniki direktor öz baş məşqçisini təyin etməyə üstünlük verir.

Bəlkə də o zaman rəhbərlik belə deməli idi: ‘Təşəkkür edirik, fantastik iş gördünüz. Sizə ömürlük abunə bileti veririk, amma biz fərqli mütəxəssislə yola davam edəcəyik’. Yekunda bu, Ten Haq üçün də ən yaxşı ssenari olardı. Çünki indi onun da nüfuzuna xələl gəlir və proses Van den Brom üçün çox xoşagəlməz bir hekayəyə çevrilir”.

Niderlandlı jurnalistlər “Tvente”nin “Qarabağ”la qarşıdakı həlledici matçına da toxunublar. Mütəxəssislərin fikrincə, Ağdam təmsilçisi Niderland klubu üçün böyük başağrısı ola bilər.

V. Drissen: “Hər şey yenə də onlar üçün nisbətən yaxşı nəticələnə bilər. Lakin nəzərə almaq lazımdır ki, ‘Qarabağ’ bəlkə də Avropanın ən üst elitasına aid deyil, amma kifayət qədər keyfiyyətli futbolçulara malikdir. Onlar bir neçə dəfə çətin vəziyyətlərdən asanlıqla çıxmağı bacarıblar”.

M. Vervey: “Şərtlər heç də asan deyil. ‘Tvente’ ötən mərhələdə evdə 6:1 hesabı ilə qalib gəlmişdi, bəlkə də məhz buna görə irəli gedə bildilər. Amma səfər oyunları çox bərbad idi – 3:3 hesablı heç-heçəni xatırlayaq. Məndə heç də ‘Tvente’nin yaxşı formada olduğu təəssüratı yaranmır”.Xatırladaq ki, 2026-cı ilin yazında Ten Haq, ictimaiyyətin təzyiqi fonunda Van den Bromun başa çatan müqaviləsini daha bir mövsüm uzatmaq qərarına gəlmişdi. Lakin hazırkı “Tvente” ötən mövsümkü komandanın sadəcə kölgəsidir. Keçən il mütəmadi olaraq qol epizodları yaradan komanda, hazırda hücum xəttində ciddi qısırlıq yaşayır.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20