Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11
Dünya futbolu

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann qarşıdan gələn Dünya Çempionatı üçün heyəti açıqlayıb. Siyahıdakı ən diqqətçəkən məqam isə 40 yaşlı veteran qapıçı Manuel Noyerin yığmaya dönməsidir.

Xatırladaq ki, Noyer AÇ-2024-ün 1/4 finalında İspaniyaya məğlubiyyətdən sonra beynəlxalq karyerasını bitirdiyini elan etmişdi. Seçmə mərhələ oyunlarında bundestimin qapısını 35 yaşlı Oliver Baumann qorusa da, mundial ərəfəsində baş məşqçi seçimini dəyişib.

Nagelsmann Noyerin təcrübəsini ön plana çəkərək, veteran qapıçının komanda üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Komandanı formalaşdırarkən heyətdə mümkün olan ən yaxşı oyunçuları görməyə çalışırıq. Qapıçı mövqeyində əsas vəzifəmiz ən güclü üçlüyü müəyyən etmək idi. Bu səbəbdən Manuelə müraciət edərək, ondan yığmada yenidən çıxış etmək istəyib-istəmədiyini soruşduq”.

Milli forması ilə 124 matça çıxan Noyerin mundialda əsas qapıçı olacağı dəqiqləşib. Baş məşqçi veteran qolkiperin komandaya qatacağı gücü belə əsaslandırıb: “Manuelin necə bir aura yaratdığı və liderlik potensialına malik olduğunu hər kəs bəllidir.. Biz onu heyətin təməl daşı kimi görürük, lakin dünya səviyyəli ehtiyat qapıçılarımızın varlığı da bizə rahatlıq verir. İnanıram ki, bu, komandamız üçün verilmiş ən doğru qərardır’.”

Qeyd edək ki, Almaniya millisi Dünya Çempionatında E qrupunda Ekvador, Kürasao və Kot-d’İvuar yığmaları ilə mübarizə aparacaq.

Almaniya millisinin DÇ üçün heyəti:

Qapıçılar: Manuel Noyer, Oliver Baumann, Aleksandr Nübel.

Müdafiəçilər: Antonio Rüdiger, Conatan Ta, Niko Şlotterbek, Natanael Braun, David Raum, Malik Tiau, Valdemar Anton, Paskal Qross.

Yarımmüdafiəçilər: Coşua Kimmix, Leon Qoretska, Lennart Karl, Camal Musiala, Florian Virts, Ceymi Levelinq, Aleksandr Pavloviç, Maksimilian Bayer, Nadiem Amiri, Leroy Sane, Ancelo Ştiller, Feliks Nmeça.

Hücumçular: Kay Haverts, Deniz Undav, Nik Voltemeyd.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11