“Sabah”ın heyətində uğurlu mövsüm keçirən hücumçu Coy-Lens Mikkelsin taleyinə aydınlıq gəlir. Runda millisinin üzvü ilə mövcud müqavilənin müddəti gələn ay başa çatır.
Paytaxt təmsilçisi təcrübəli forvardı heyətində saxlamaq niyyətindədir. Rəhbərlik futbolçuya yeni müqavilə təklifi göndərib və hazırda tərəflər oyunçudan gələcək cavabı gözləyirlər.
Qeyd edək ki, Mikkels cari mövsüm əsl liderlik keyfiyyətləri nümayiş etdirib. O, vurduğu 19 qolla Premyer Liqanın bombardiri adını qazanıb.