Danimarkanın “Orxus” (AGF) klubunun gənc hücumçusu Ceyms Bogere son həftələrdə komandanın əsas heyətində parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb. Ötən mövsüm də çempionluq yarışında müəyyən rolu olan 18 yaşlı uqandalı futbolçu üçün UEFA Çempionlar Liqasının təsnifat mərhələsində “Sabah”ın qapısına vurduğu iki qol karyerasında əsl dönüş nöqtəsi olub.
Bogerenin beynəlxalq arenadakı bu uğuru vətəni Uqandada da geniş əks-səda doğurub. Ölkənin nüfuzlu “Daily Monitor” nəşri gənc hücumçunun “Sabah”a qarşı performansını və milli komandadakı gələcəyini xüsusi diqqətdə saxlayıb.
2025-ci ilin dekabrında Afrika Millətlər Kubokunda (AMK) iştirak edəcək Uqanda millisinin heyətinə dəvət alan Boqerenin üzərində xüsusilə böyük ümidlər var. Uqandanın həmtəşkilatçı olacağı 2027-ci il AM-da ondan böyük gözləntilər var. Vətənində hesab edirlər ki, Boqeren “Orxus”dakı inkişafını davam etdirə bilsə, turnirin ulduzlarından birinə çevrilə bilər.
Lakin “Daily Monitor” 18 yaşlı futbolçunun çiyinlərinə vaxtından əvvəl böyük təzyiq yükləməyin əleyhinədir: “Orxus”da artan özünəinam böyük ümidlər vəd edir. Ardıcıl üç oyunda, o cümlədən Çempionlar Liqasının iki qarşılaşmasında start heyətində meydana çıxması Bogerenin yalnız potensialını reallaşdırmadığını, həm də ciddi özünəinam qazandığını göstərir”. Məşhur “El Cambio” akademiyasının yetirməsi olan Ceyms Bogere hazırda AGF-nin əsas komandasında keçirdiyi 8 rəsmi matçda 3 qol vurmağı bacarıb.