Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06
Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Premyer Liqada qalmaq uğrunda “Mingəçevir”ə qarşı keçirəcəkləri pley-off matçı ilə bağlı fikirlərini bölüşüb.

Rəqibə hörmətlə yanaşdıqlarını vurğulayan təcrübəli mütəxəssis qarşılaşmanın əhəmiyyətini xüsusi qeyd edib: “Mingəçevir” I Liqanın son turunda birbaşa rəqibi olan “Səbail”i 4:1 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazandı. Bu, kifayət qədər döyüşkən və təcrübəli məşqçisi olan komandadır. Bizi çətin sınaq gözləyir. Mahiyyət etibarilə bu oyun bizim üçün finala bərabərdir. Rəqib aşağı liqadan gəlsə də, onlara böyük hörmətlə yanaşırıq və matça çox ciddi hazırlaşırıq. Həm bizim, həm də rəqib üçün həyati əhəmiyyət kəsb edən bir oyundur. Əsas hədəfimiz meydana fiziki cəhətdən tam hazır çıxmaqdır. Rəqibin güclü tərəflərini neytrallaşdırıb, öz üstünlüklərimizdən maksimum yararlanmağa çalışacağıq”.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11