Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08
Ölkə futbolu

Premyer Liqanın 33-cü turunda “Şamaxı”nı 3:1 hesabı ilə məğlub edən “Qəbələ” cari mövsümü qələbə ilə arxada qoyub. Matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Kaxaber Tsxadadze komandasının çıxışını dəyərləndirib və pley-off mərhələsi öncəsi planlarından danışıb.

Qələbə münasibətilə komandasını təbrik edən gürcü mütəxəssis, turnir cədvəlindəki mövqeyin dəyişməzliyinə baxmayaraq, görüşün psixoloji baxımdan əhəmiyyətli olduğunu vurğulayıb: “Bu, çempionatın son oyunu idi. Nəticənin cədvələ təsir etməməsinə baxmayaraq, qarşılaşma bizim üçün prinsipial xarakter daşıyırdı. Futbolçularla söhbətimizdə əsas məqsədimizin azarkeşlərimizi sevindirmək olduğunu qeyd etmişdik. Onlara göstərdikləri dəstəyə görə xüsusi təşəkkür edirəm – matç boyu bizi bir an olsun tək qoymadılar. Meydanda nümayiş etdirdiyimiz oyun və vurduğumuz gözəl qollar məni çox sevindirdi. Mövsümün son mərhələsində qazandığımız qələbələr komandada özünəinamı əhəmiyyətli dərəcədə yüksəldib”.

“Şamaxı”nın heyətindəki itkilərə toxunan baş məşqçi, rəqib amilindən daha çox öz komandasının hazırlığına fokuslandığını bildirib: “Rəqib heyətində bəzi aparıcı oyunçuların olmaması məlum idi, lakin bizim üçün vacib olan rəqibin kimliyi yox, öz oyun fəlsəfəmizi ortaya qoymaq idi. İndi əsas vəzifəmiz pley-off matçına optimal formada hazırlaşmaqdır. Önümüzdə kifayət qədər vaxt var. Rəqibimizin adına sabah aydınlıq gələcək və dərhal məqsədyönlü hazırlıqlara start verəcəyik”.

Pley-offdakı potensial rəqibləri – “Səbail” və Mingəçevir təmsilçisi “Energetik”in taktiki xüsusiyyətlərinə toxunan Tsxadadze, rəqib analizinə ciddi önəm verdiklərini qeyd edib: ” ‘Səbail’in üç mərkəz müdafiəçisi ilə oynadığını, Mingəçevir komandasının isə dəyişkən taktiki sxemlərə üstünlük verdiyini bilirik. Hər iki rəqibin oyun üslubuna hazırıq. Sabah Mingəçevirdə keçiriləcək görüşə gedərək, rəqibləri canlı izləməyi və lazımi məlumatları toplamağı planlaşdırıram”.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11