İnfantino İranı təbrk etdi

11.05.26 | 14:59
Dünya futbolu

DÇ-2026-nın startına bir ay qalsa da, İran millisinin turnirdəki taleyi hələ də qeyri-müəyyənliyini qoruyur. Regiondakı hərbi-siyasi gərginlik fonunda FİFA prezidenti Canni İnfantino isə qətiyyətli mövqe nümayiş etdirir.

İranın ABŞ və İsrail ilə yaşanan silahlı münaqişələri fonunda futbol ictimaiyyətində komandanın turnirdən kənarlaşdırılması məsələsi gündəmə gəlib. Bir müddət əvvəl yayılan məlumatlara görə, İranın iştirakdan imtina edəcəyi və ya turnirdən uzaqlaşdırılacağı təqdirdə, FİFA-nın boş qalan yer üçün təsnifat mərhələsini keçə bilməyən ən yaxşı komandalar arasında əlavə pley-off oyunları təşkil edə biləcəyi vurğulanırdı.

Bütün bu müzakirələrə baxmayaraq, FİFA prezidenti Canni İnfantinonun sosial şəbəkələrdəki son aktivliyi komandaların tərkibində dəyişiklik olmayacağına işarə edir. İnfantino öz “Instagram” hesabında İran millisini ardıcıl dördüncü dəfə mundiala vəsiqə qazanması münasibətilə təbrik edib: “İran yığmasına ardıcıl dördüncü Dünya Çempionatında uğurlar arzulayıram!”.

İnfantinonun dəstəyinə baxmayaraq, vəziyyət İran üçün mürəkkəb olaraq qalır. Xüsusilə nəzərə alsaq ki, İran millisi qrup mərhələsinin bütün oyunlarını gərgin münasibətdə olduğu ABŞ-ın ərazisində keçirməlidir. Bu faktor turnir boyu həm diplomatik, həm də təhlükəsizlik məsələlərini diqqət mərkəzinə çıxarır. Hazırda dünya futbol ictimaiyyəti rəsmi siyahıların qətiləşməsini və turnirin startını gözləyir, lakin siyasətin yaşıl meydanlara təsiri hələ

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında klublarmızın oyunlarını idarə edəcək hakimlər bəlli olub

18.07.26 | 15:05

“Turan Tovuz” Türkiyə toplanışına bərabərliklə başladı

17.07.26 | 21:47

Qalmaqallı keçmişi ilə yadda qalan hakim: Narkotika, silah, qadın alveri, həbs…

17.07.26 | 17:14

«Paide» «Zirə» ilə matç ərəfəsində: Baş məşqçidən iddialı mesajlar

17.07.26 | 16:18

Premyer Liqada 2026/2027 mövsümünün püşkü atıldı

17.07.26 | 15:52

Ölkə Kubokunun finalının vaxtı açıqlandı

17.07.26 | 15:22

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı və məkanı müəyyənləşib

17.07.26 | 15:03

“Neftçi”nin Konfrans Liqasındakı oyunlarının vaxtı dəqiqləşdi

17.07.26 | 15:26

Okan Burukun tənqid etdiyi hakimə böyük etimad

17.07.26 | 15:56

Rüştü Rəçbərdən Məhəmməd Salah açıqlaması

17.07.26 | 14:30

Vinçiç göz yaşlarına hakim ola bilmədi: Mundialın finalı ona tapşırıldı

17.07.26 | 14:33

Pelenin 1958-ci il finalındakı forması hərracda rekord qırdı

17.07.26 | 14:32

Milli UEFA Millətlər Liqası öncəsi hazırlıq matçı keçirəcək

17.07.26 | 13:19

Çempionluq üzükləri: Dünya çempionatına Amerika sayağı yenilik

17.07.26 | 13:55

“Sabah”ın Çempionlar Liqasındakı oyunlarını idarə edəcək hakimlər bəlli oldu

17.07.26 | 13:46

Klublarmızdan avrokuboklarda tarixi rekord: 6 oyun, 6 qələbə

17.07.26 | 13:14

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün püşkatması keçiriləcək

17.07.26 | 12:01

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34