“Belə məqamda bizə sadəcə susmalıyıq”: Danimarka təmsilçisi darmadağını həzm edə bilmir

12.08.26 | 00:51
Ölkə futbolu

“Orxus”un (AGF) Çempionlar Liqası ilə bu cür alçaldıcı şəkildə vidalaşacağını təsəvvür etmək belə çətin idi. “Sabah”a 0:4 hesabı ilə boyun əyən Danimarka təmsilçisi, ikioyunluq duelin yekununda 2:5 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırdı. İlk matçdakı 2:1 hesablı ev qələbəsindən sonra qeydə alınan bu darmadağın qonaqlar üçün xüsusilə acınacaqlı oldu.

Komandanın təcrübəli futbolçusu Yens Yönsson bu məğlubiyyəti “özlərinin səbəb olduğu acı bir son” kimi dəyərləndirib. “Viaplay” kanalına müsahibəsində məyusluğunu gizlədə bilməyən yarımmüdafiəçi kəskin fikirlər səsləndirib: “Elə hiss edirəm ki, bütün həftəni dayanmadan məşq edib, sonda hər şeyi bir anda boşa verdik. Belə oynayanda, özün özünü çətin vəziyyətə salırsan”.

Yönsson “Sabah”ın onlardan aşkar üstün olmadığını iddia etsə də, bu cür darmadağından sonra heç bir bəhanəyə yer qalmadığını etiraf edib: “Biz çox geriyə çəkildik, halbuki vəziyyəti dəyişmək üçün kifayət qədər vaxtımız var idi. Səmimi desək, rəqib bizdən o qədər də güclü deyil. Lakin mən heç kimi günahlandırmaq istəmirəm, çünki meydanda vəziyyəti tamamilə onlar diktə edirdilər. Biz daha yaxşı oynamalı idik, amma bunu bacarmadıq. Belə məqamda, bizə sadəcə susmalıyıq“.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00