“Arsenal”ın kapitan Martin Edeqor isveçli ulduzdan ağızdolusu danışdı

30.05.26 | 13:31
Dünya futbolu

Viktor Dyökereş “Arsenal”a keçdiyi ilk mövsümdəcə özünü klubun əsas fiqurlarından birinə çevirməyi bacarıb. 27 yaşlı isveçli hücumçu hazırda komandası ilə birlikdə “dubl” etməyə — həm çempionatda, həm də Çempionlar Liqasında zəfər çalmağa çox yaxındır.

Komandanın kapitanı Martin Edeqor isə yeni komanda yoldaşının göstərdiyi performansa heyranlığını gizlətmir.

“Sportbladet”in suallarını cavablandıran Edeqor, isveçli forvardın komandaya verdiyi töhfəni yüksək qiymətləndirib: “O, möhtəşəmdir. Sözün əsl mənasında fenomenal oyunçu. Çoxlu qol vurub və bu qolların hər biri həlledici olub. Lakin məsələ yalnız qollar deyil; onun meydandakı hərəkətləri, oyun üslubu və rəqib müdafiəçilərini öz üzərinə çəkərək bizə yaratdığı boşluqlar çox vacibdir. O, hər matçda sona qədər mübarizə aparır, oyunu dəyişməyə qərarlıdır. Belə xüsusi bir oyunçuya sahib olduğumuz üçün çox şanslıyıq”.

Daha sonra Edeqor zarafatla əlavə edib: “Gəldiyi ilk mövsümdəcə kubok qazanmaq da heç pis nəticə deyil…”

“Arsenal” 20 illik həsrətdən sonra Çempionlar Liqasının finalına yüksəlib. Baş məşqçi Mikel Arteta üçün isə əsas sual budur: finalda hücum xəttində kimə güvənməli?

Yarımfinalda “Atletiko”ə qarşı parlaq oyun nümayiş etdirən Viktor Dyökereş, yoxsa son dövrlər heyətdə onunla rəqabət aparan Kay Havertz? Britaniya mediasının məlumatına görə, şənbə günü keçiriləcək final matçında start heyətində yer alacaq futbolçu məhz bu ikilidən biri olacaq.

Arteta isə oyunöncəsi mətbuat konfransında vəziyyəti belə şərh edib: “Ətrafıma baxanda hamının gözündə eyni sevinci və arzunu görürəm. Bu, futbolda ən vacib oyundur. Hər kəs meydanda olmaq istəyir və nə etməli olduğunu bilir. Mənə gəlincə, heyəti qurarkən çox çətin qərarlar verməli olacam”.

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın özünəməxsus, bəzən qeyri-standart məşq metodları mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Cümə günü “Puşkaş Arena”da keçirilən açıq məşq isə ənənəvi hazırlıq prosesindən uzaq idi.Stadionun kolonkalarından yüksək səslə musiqi çalınır, futbolçular xüsusi kooperativ tapşırıqlar və oyun-müsabiqələrlə yüklənirdilər. Bütün bu gərginliyə baxmayaraq, Dyökereş və komanda yoldaşlarının əhval-ruhiyyəsinin yüksək olması, məşq prosesinin böyük bir həvəslə keçməsi diqqətdən yayınmayıb.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20