“Araz-Naxçıvan” “Zirə”yə uduzdu

27.02.26 | 17:51
Ölkə futbolu

Premyer Liqasının maraqlı qarşılaşmalarından hesab olunan oyunda “Zirə” səfərdə “Araz-Naxçıvan”ın qonağı oldu. Son iki oyunda qələbə qazanaraq yüksəlişə keçən naxçıvanlılar üçün bu oyun “tam formadayıq” demək üçün əla fürsət idi. Lakin Rəşad Sadıqovun yetirmələri bu dəfə taktiki nizamı ilə ön plana çıxdılar.

Oyunun ilk hissəsi hər iki tərəfin ehtiyatlı davranışı və taktiki mübarizəsi ilə yadda qaldı. Hesabın açılmadığı ilk 45 dəqiqədən sonra hər iki məşqçi ikinci hissədə dəyişikliklərə əl atdı.

Matçın taleyini 67-ci dəqiqədə Ayron Qomes həll etdi. Onun vurduğu qol “Zirə”ni önə keçirdi və oyunun sonuna qədər bu üstünlük qorunub saxlanıldı. Oyunun son dəqiqələri xüsusilə gərgin keçdi. Baş hakim Rauf Cabbarovun 90-cı dəqiqədən sonra göstərdiyi 3 sarı vərəqə mübarizənin nə dərəcədə amansız olduğunu sübut etdi.

Andrey Demçenkonun komandası bu məğlubiyyətlə qələbə seriyasını davam etdirə bilməsə də, meydandakı oyun naxçıvanlıların hələ də rəqabətədavamlı olduğunu göstərdi. “Zirə” isə “Turan Tovuz”la oyundakı müdafiə səhvlərindən nəticə çıxararaq, bu dəfə qapısını toxunulmaz saxlamağı bacardı və vacib 3 xalı aktivinə yazdırdı. Oyunun sonundakı “vərəqə yağışı” hər iki komandanın son saniyəyə qədər xal üçün döyüşdüyünün göstəricisidir.

ARAZ-NAXÇIVAN – ZİRƏ 0:1 (0:0)

Qol: Qomis, 67 (0:1)

“Araz-Naxçıvan”: Kristian Avram, Bəxtiyar Həsənalızadə (k), Slavik Alxasov (Bruno Franko, 66), Coşqun Diniyev, Rahil Məmmədov, Ömər Buludov (Ülvi İsgəndərov, 80), Ramon (Ba-Muaka Simakala, 46), Patrik Andrade, Hamidu Keyta (Şarl Boli, 66), Felipe Santos, Bar Koen (Nunu Rodriqeş, 58).

“Zirə”: Tyaqu Silva, Qismət Alıyev (k), Rüfət Abdullazadə (Rövlan Muradov, 72), Stefan Aka, Enrike Kustodio, Davit Volkov (Leroy Mikkels, 72), Giorgi Papunaşvili (Ceyhun Nuriyev, 59), Quima, Anje Mutsinzi, Ayron Qomis, Eren Aydın (Junior Martins, 59).

Sarı vərəqələr: Rodriqeş, 64. Quima, 82. Nuriyev, 90+2. Mutsinzi, 90+3. Diniyev, 90+6

Paylaş:

Xəbər Lenti

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13

Türkiyənin mundial taleyi ingilis hakimə tapşırıldı

29.03.26 | 14:11

Aqil Nəbiyev: “Əsas problemimiz son nöqtəni qoya bilməməkdir”

28.03.26 | 23:45