Hər kəsdən gizli dəfn və dayandırılan karyera: Messi niyə geri qayıtmır?

11.08.26 | 19:50
Dünya futbolu

Argentina millisinin kapitanı və “İnter Mayami”nin ulduzu Lionel Messi futbolçu karyerasını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Argentinanın “Doble Amarilla” nəşrinin məlumatına görə, atası Xorxenin vəfatı təcrübəli hücumçunu bütün diqqətini ailəsinə yönəltməyə sövq edib.

Xorxe Messi avqustun 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Hadisənin ertəsi günü Lionel Messi və ailəsi doğma Rosario şəhərinə gəlib. Dəfn mərasimi ailənin istəyi ilə tamamilə qapalı şəraitdə, yalnız yaxın qohumların və dostların iştirakı ilə keçirilib.

Messinin hələ ki ABŞ-yə qayıtmaq planı yoxdur. O, kədərini yaşamaq və bu çətin günlərdə doğmalarının yanında olmaq üçün “İnter Mayami”dəki çıxışlarını təxirə salıb. Bu günlərdə həyat yoldaşı Antonella Rokkutsso, üç övladı, eləcə də anası və bacı-qardaşları ulduz futbolçunun yanındadır.

Argentina millisinin üzvləri də kapitanlarını bu çətin məqamda tək qoymurlar. Məlumata görə, Leandro Paredes, Nikolas Otamendi və Anxel Di Mariya başda olmaqla, bir çox futbolçu Messilə əlaqə saxlayaraq dəstəklərini ifadə ediblər. Ailə mərasimin məxfiliyini qorumaq istədiyi üçün heç bir komanda yoldaşı dəfndə iştirak etməsə də, yaxın günlərdə onların Messiyə evində baş çəkəcəyi gözlənilir.

Hazırda 39 yaşlı hücumçunun “İnter Mayami”nin heyətinə nə vaxt dönəcəyi dəqiq bilinmir. Lakin atasının itkisindən sonra Messinin ailəsini və hüzn dövrünü peşəkar öhdəliklərindən üstün tutması futbol ictimaiyyəti tərəfindən anlayışla qarşılanır.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00