“Real “da böhran: Arbeloa gedir, Zidan isə “yox” dedi

17.04.26 | 07:33
Dünya futbolu

Çərşənbə günü Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya məğlub olaraq turnirlə vidalaşan “Real ” üçün mövsüm rəsmən uğursuzluqla yekunlaşmaq üzrədir. Madrid təmsilçisinin cari ili titulsuz başa vuracağı artıq demək olar ki, dəqiqləşib.

Hazırda komandaya Xabi Alonsonu əvəzləyən Alvaro Arbeloa rəhbərlik edir. Lakin uğursuz nəticələr rəhbərliyi hərəkətə keçməyə məcbur edib. Beynəlxalq media orqanlarının yaydığı məlumata görə, “Kral Klubu” artıq yeni mütəxəssis axtarışlarına başlayıb. Namizədlər arasında Maurisio Poçettino və Didye Deşam kimi simaların adı hallansa da, prezident Florentino Peresin əsas hədəfinin fərqli olduğu ortaya çıxıb.

“El Mundo” nəşrinin iddiasına görə, Peresin ilk seçimi “Real”a qızıl dövrünü yaşadan Zinedin Zidan olub. Lakin əfsanəvi fransızın Madridə qayıdışı qeyri-mümkündür. Səbəb isə Zidanın artıq gələcək karyerası ilə bağlı qəti qərarını verməsidir.

Mənbələr bildirir ki, Zidan Dünya Çempionatından sonra Fransa millisinin sükanı arxasına keçəcək. Didye Deşamın turnirdən sonra postunu tərk edəcəyi rəsmiləşdiyi üçün, fransız mediası Zidanın bu vəzifəyə gəlişini artıq bitmiş bir məsələ kimi təqdim edir.

Florentino Peresin siyahısında yer alan digər iddialı ad Yurgen Kloppdur. Lakin alman mütəxəssis yaxın gələcəkdə məşqçilik fəaliyyətinə qayıtmaq niyyətində olmadığını bildirib.

“Real” rəhbərliyi indi ciddi seçim qarşısındadır. Komandanı bu çətin durumdan çıxaracaq və azarkeşlərin etimadını qazanacaq növbəti “xilaskar”ın kim olacağı dünya futbol ictimaiyyətinin diqqət mərkəzindədir.

Paylaş:

Xəbər Lenti

“Neftçi”dən “Qarabağ”la oyunlar üçün “2-si 1-də” paketi

19.04.26 | 14:36

Nəriman Axundzadə növbəti matçına çıxdı: “Kolambus Kryu” məğlub oldu

19.04.26 | 12:38

Tiflisdə fərdi yarışlara yekun vurulur: Kotsoyevdən uğurlu start

19.04.26 | 12:40

Ölkə kubokunda finalın adı məlum oldu

19.04.26 | 01:35

Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39

Valdas Dambrauskas: “Bu oyunu məşqçilik kurslarında nümunə kimi göstərmək olar”

19.04.26 | 00:28

Füzuli Məmmədov: “Şamaxı” çempionatın ən intizamlı komandasıdır”

18.04.26 | 20:35

“Sabah” “Qarabağ”ı məğlub edərək çempionluğa yaxınlaşdı

18.04.26 | 19:35

Boksçularmız Braziliyada olimpiya lisenziyaları uğrunda mübarizəyə qoşulur

18.04.26 | 19:56

Ayxan Abbasov: “Məğlubiyyətimizə səbəb şanssızlıq yox, ustalıq səviyyəsidir”

18.04.26 | 19:59

Tbilisidən son durum: Millimizin hesabında 4 medal var

18.04.26 | 19:32

Yevlaxda vacib qələbə: “Karvan” elitada qalmaq üçün “döyüşür”

18.04.26 | 17:49

Zirədə son dəqiqə qolu: “Neftçi” qələbəni əldən verdi

17.04.26 | 23:06

AFFA-dan aşağı liqalarla bağlı yeni qərar: Komanda sayı artırılacaq

17.04.26 | 15:14

“İnter Mayami”dən Maskerano getdi, Xavi gəlir?

17.04.26 | 15:00

Hidayət Heydərov karyerasında 6-cı dəfə Avropa çempionatının finalında

17.04.26 | 14:23

TV PROQRAM

17.04.26 | 11:16

Messidən sürpriz investisiya: İspaniya klubunu satın aldı

17.04.26 | 07:32

“Real “da böhran: Arbeloa gedir, Zidan isə “yox” dedi

17.04.26 | 07:33

“Mançester Siti”də bir dövrün sonu: Silva “Etihad”la vidalaşır

17.04.26 | 07:54