“Zirə” futbol klubu növbəti transferini rəsmiləşdirib.Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, “qartallar” heyətini Kot-d’İvuardan olan hücumçu Lue Bayere ilə gücləndirib. 26 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.Qeyd edək ki, Bayere karyerası ərzində İsveçin “Hammarbü”, Serbiyanın “Jelezniçar” və Türkiyənin “Göztepə” klublarının şərəfini qoruyub.