Premyer Liqası təmsilçisi “Zirə” transfer çalışmalarını davam etdirir. Paytaxt klubu braziliyalı qapıçı Maykon Kleytonun keçidini rəsmiləşdirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 27 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb. Maykon Kleytonun son klubu Portuqaliyanın “Portimonense” komandası olub.