Xorvatiya mundiala yollanacaq 26 əsas və hər an komandaya qoşula biləcək 7 ehtiyat oyunçudan ibarət heyətini açıqlayıb.
40 yaşlı Luka Modriçin heyətdə yer alması heç kim üçün sürpriz olmayıb. Beləliklə, əfsanəvi futbolçu karyerasında beşinci dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək.
Siyahıda diqqətçəkən digər bir məqam isə müdafiəçi Yoşko Qvardiolun adının olmamasıdır. “Mançester Siti”nin oyunçusu zədə səbəbindən dörd aylıq fasilədən sonra bu yaxınlarda yaşıl meydanlara dönüb.
Baş məşqçi Zlatko Daliçin seçdiyi heyətlə tanış olun:
Qapıçılar; Livakoviç, Kotarski, Pandur.
Müdafiəçilər; Qvardiol, Çaleta-Tsar, Şutalo, Stanişiç, Ponqraçiç, Erliç, Vuşkoviç.
Yarımmüdafiəçilər; Modriç, Kovaçiç, Paşaliç, Vlaşiç, Luka Suçiç, Baturina, Yakiç, Petar Suçiç, Moro, Fruk.
Hücumçular; Perişiç, Kramariç, Budimir, Paşaliç, Musa, Matanoviç.
Ehtiyat oyunçular;Mayer, İvanoviç, Belyo, Smolçiç, Letsitsa, Şeqeçiç, Stoykoviç.
Xorvatiya millisi qrup mərhələsində İngiltərə, Panama və Qana ilə qarşılaşacaq.