“Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi Vanderson ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klubun yaydığı məlumata görə, tərəflər arasındakı əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Braziliyalı futbolçu burada keçirdiyi illəri yüksək qiymətləndirib və komandaya uğurlar arzulayıb: “Burada keçirdiyim üç mövsüm çox maraqlı və yaddaqalan oldu. Həm sevincli anlarımız, həm də təəssüf doğuran nəticələrimiz oldu. Ötən mövsüm “Araz-Naxçıvan” tarixində ilk dəfə çempionatda bürünc medal qazanaraq avrokuboklara vəsiqə əldə etdi. Konfrans Liqasında Yunanıstanın “Aris” klubu kimi güclü rəqibi keçməyimiz isə unudulmaz idi”.
Vanderson bu mövsümkü nəticələrin gözləntiləri doğrultmadığını da gizlətməyib:
“Cari mövsümə gəlincə, təəssüf ki, qarşımıza qoyulan hədəflərə çata bilmədik. Mənim üçün yaradılan şəraitə görə klub rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, növbəti mövsümdə komanda daha uğurlu çıxış edərək böyük qələbələr qazanacaq”.