Valdas Dambrauskas: “Qol tortun üzərindəki albalı kimidir”

22.07.26 | 01:53

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlyandiyanın “KuPS” klubunu 1:0 hesabı ilə məğlub edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçsonrası mətbuat konfransında yurnalistlərin suallarını cavablandırıb.

Litvalı mütəxəssis ilk növbədə komandasını qələbə münasibətilə təbrik edərək böyük və möhtəşəm hisslər yaşadıqlarını bildirib. Bununla belə, o, yaradılan çoxsaylı qol epizodlarının boşa verilməsindən doğan müəyyən təəssüf hissini də gizlətməyib. Dambrauskas futbolçularının tapşırıqları düzgün yerinə yetirdiyini, hər iki hissədə kifayət qədər imkan əldə etdiklərini, lakin topun torla qovuşmadığını vurğulayıb. Matçın sonlarında rəqibin hesabı bərabərləşdirmək fürsətini əldən verdiyini və bu epizodda bəxtlərinin gətirdiyini etiraf edən baş məşqçi, artıq cavab oyununa köklənməli olduqlarını bildirib. O, Finlyandiyada süni örtüklü meydançada çətin matçın gözlənildiyini, lakin səfərdə qol imkanlarından maksimum yararlanacaqlarına inandığını diqqətə çatdırıb.

Aaron Maludanın heyətdə yer almamasına toxunan litvalı mütəxəssis, fransalı futbolçunun hazırda fiziki və mental cəhətdən oyuna hazır olmadığını, baş məşqçi kimi əsas vəzifəsinin isə ən yaxşı durumda olan oyunçuları seçmək olduğunu deyib. İkinci hissədə Ksander Seferina və Orfe Mbinanı meydana buraxaraq hücum xəttini gücləndirməyi hədəflədiklərini bildirən çalışdırıcı, əvəzlənən Aleksey İsayev və Kahim Perrisin də meydanda böyük enerji sərf edərək möhtəşəm oynadıqlarını əlavə edib.

Çoxsaylı imkanların boşa verilməsinin onu narahat etmədiyini vurğulayan Dambrauskas, əsas məsələnin epizod yaratmaq olduğunu qeyd edib. O, qolu “tortun üzərindəki albalı”ya bənzədərək, bəzən heç bir şans yaratmadan da nəticə qazanmağın mümkünlüyünə Dünya çempionatının finalını nümunə göstərib. Yeni transferlərin ehtiyatda qalmasını isə çempion heyətin daxilindəki mövcud anlaşma və yeni gələnlərin komandaya uyğunlaşma prosesinə ehtiyacı olması ilə əlaqələndirib. Baş məşqçi geniş və keyfiyyətli heyətə sahib olduqlarını, hər bir futbolçunun komandaya fayda verməyə qadir olduğunu xüsusi vurğulayıb.

Paylaş:

Xəbər Lenti

“Neftçi” Belarus sınağı önündə

22.07.26 | 02:03

Aydın Süleymanlı həlledici mərhələyə heç-heçə ilə bqədəm qoydu

22.07.26 | 02:05

“Favorit kimdir?” – Vernidub Minsk “Dinamo”su ilə matçdan əvvəl danışdı

22.07.26 | 02:37

Emin Mahmudov: “Hazırda bütün fikrimiz Minsk “Dinamo”sundadır”

22.07.26 | 01:02

“Dinamo”nun baş məşqçisi: “Neftçi”nin səviyyəsi yüksəkdir”

22.07.26 | 01:11

Miika Nuutinen: “Böyük hesabla uduzmamağımızda bəxtimiz gətirdi, amma ümidimiz qalır”

22.07.26 | 01:27

Valdas Dambrauskas: “Qol tortun üzərindəki albalı kimidir”

22.07.26 | 01:53

Çempionlar Liqası: “Sabah” tam üstün olduğu oyunda minimal hesablı qələbə qazandı

22.07.26 | 00:28

​“Zirə”dən növbəti transfer: Kot-d’İvuar hücumçusu heyətə qatıldı

21.07.26 | 17:52

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11