Miika Nuutinen: “Böyük hesabla uduzmamağımızda bəxtimiz gətirdi, amma ümidimiz qalır”

22.07.26 | 01:27
Ölkə futbolu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Masazırda “Sabah”a 0:1 hesabı ilə məğlub olan Finlandiyanın KuPS klubunun baş məşqçisi Miika Nuutinen matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Mütəxəssis ilk növbədə rəqibin üstün oyununu vurğulayaraq “Sabah”ı qələbə münasibətilə təbrik edib: “Rəqibi təbrik edirəm, yaxşı oyun nümayiş etdirdilər. Biz əsasən müdafiə olunmağa məcbur qaldıq. Bizi çox çətin qarşılaşmanın gözlədiyini bilirdik. Sabah davamlı hücumlar qururdu. Bununla belə, növbəti mərhələyə yüksəlmək şansımız hələ də qalır. Bir həftə sonra öz meydanımızda ən yaxşı oyunumuzu göstərərək bu imkandan yararlanmağa çalışacağıq.

Ağır məğlubiyyətdən qaçmalarını şans amili ilə əlaqələndirən finlandiyalı çalışdırıcı “Sabah”ın hücumda çox təhlükəli epizodlar yaratdığını etiraf edib: “Böyük hesabla uduzmamağımızda bəxtimizin gətirdiyi fikri ilə razıyam. Sabah çoxlu qol epizodu yaratdı. Ancaq bizim üçün ən vacib məqam odur ki, cavab oyunu öncəsi növbəti mərhələyə yüksəlmək şansımızı qoruyub saxladıq”.

KuPS futbolçularının oyun ərzində vaxtı uzatması ilə bağlı səslənən tənqidlərə də toxunan Nuutinen bu iddiaları qəbul etməyib:

“Bununla razı deyiləm. Əlbəttə, 0:1 hesabı bizim üçün pis nəticə deyil. Amma vaxt uzatdığımız fikrini qətiyyən qəbul etmirəm.”

Komandasının hücum xəttində kəsərsiz görünməsinə toxunan baş məşqçi doğma azarkeşlər önündə keçiriləcək cavab matçı öncəsi ciddi təhlillər aparacaqlarını bildirib: “İlk oyunu ətraflı təhlil etməliyik. Heyətimizdə keyfiyyətli futbolçular var və onlar yaxşı nəticə uğrunda mübarizə aparmağa qadirdirlər”.

Paylaş:

Xəbər Lenti

“Neftçi” Belarus sınağı önündə

22.07.26 | 02:03

Aydın Süleymanlı həlledici mərhələyə heç-heçə ilə bqədəm qoydu

22.07.26 | 02:05

“Favorit kimdir?” – Vernidub Minsk “Dinamo”su ilə matçdan əvvəl danışdı

22.07.26 | 02:37

Emin Mahmudov: “Hazırda bütün fikrimiz Minsk “Dinamo”sundadır”

22.07.26 | 01:02

“Dinamo”nun baş məşqçisi: “Neftçi”nin səviyyəsi yüksəkdir”

22.07.26 | 01:11

Miika Nuutinen: “Böyük hesabla uduzmamağımızda bəxtimiz gətirdi, amma ümidimiz qalır”

22.07.26 | 01:27

Valdas Dambrauskas: “Qol tortun üzərindəki albalı kimidir”

22.07.26 | 01:53

Çempionlar Liqası: “Sabah” tam üstün olduğu oyunda minimal hesablı qələbə qazandı

22.07.26 | 00:28

​“Zirə”dən növbəti transfer: Kot-d’İvuar hücumçusu heyətə qatıldı

21.07.26 | 17:52

Qeorqi Nikolov: “Qarabağ” Avropa futbolunda özünü sübut etmiş ciddi döyüşçüdür”

21.07.26 | 14:43

ÇL-də növbəti addım: “Bayquşlar” finləri sınağa çəkir

21.07.26 | 12:44

Ronaldo sosial şəbəkələri çalxaladı: FİFA, Argentina və Messiyə qarşı ittihiamları dəstəklədi

21.07.26 | 03:22

“İnfantino, istefa ver!” — İspaniyalı azarkeşlər dünya çempionlarını bu şüarla qarşıladılar

21.07.26 | 03:08

Mundialdakı xəyalqırıqlığından sonra Antoneladan Messiyə duyğulu mesaj: “Sən həmişə ən yaxşısı olacaqsan!”

21.07.26 | 01:24

Azərbaycan futbolunda islahat və inkişaf çağırışı: “Uğur istəyiriksə, bir olmalıyıq”

21.07.26 | 01:46

Finalın qəhramanı Ferran Torres: “Bu gün  böyük bir yükdən azad oldum”

21.07.26 | 01:19

Belçika millisində ayrılıq: Rudi Qarsiya postunu tərk edir

21.07.26 | 00:57

Çeferindən FİFA-ya sərt etiraz: UEFA rəhbəri DÇ-nin finalını boykot etdi

21.07.26 | 00:17

“Qarabağ”ın rəqibində Bakı səfəri öncəsi böhran: Azarkeşlərdən “İstefa” tələbi

21.07.26 | 00:26

Finlandiyalı qapıçıdan “Sabah”la oyun öncəsi iddialı açıqlama: “Heç kimdən qorxmuruq”

21.07.26 | 00:11