UEFA-dan “Sabah” – “Hapoel” duelinə xüsusi diqqət: “Tarixdə ilk dəfə…”

18.08.26 | 19:04
Ölkə futbolu

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarına həsr olunmuş yazıda Azərbaycan çempionu “Sabah” ilə İsrail təmsilçisi “Hapoel Beer-Şeva” arasındakı qarşıdurmanı diqqət mərkəzinə çəkib.

Qitə futbol qurumu hər iki klubun turnirin əsas mərhələsində debüt etmək şansını yüksək dəyərləndirib: “Bu iki klubdan ən azı biri Çempionlar Liqasında debütant olacaq, çünki indiyədək heç biri turnirin əsas mərhələsində iştirak etməyib. Yaranmasından cəmi 9 il ötən Masazır təmsilçisi III təsnifat mərhələsinin cavab matçında ‘Orhus’la görüşün ikinci hissəsində 4 cavabsız qol vuraraq (ilk oyun – 1:2) pley-offa adladı”.

Yazıda “Hapoel Beer-Şeva”nın da pley-offa inamlı addımladığı vurğulanıb. İsrail təmsilçisi iki oyunun nəticəsinə görə “Srvena Zvezda”nı üstələyib (3:0). Sabiq “Partizan”lı serb hücumçu İqor Zlatanoviç qollardan birinə imza atıb və onun “Sabah”a qarşı görüşdə də əsas fiqurlardan olacağı gözlənilir. Tərəflər arasında ilk qarşılaşma Rumıniyanın Buxarest şəhərində baş tutacaq.

Məqalədə “Sabah”ın tarixi nailiyyətə yaxın olduğu da xüsusi qeyd olunub: “Masaızır təmsilçisi ‘Qarabağ’dan (2017/18 və 2025/26 mövsümləri) sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci Azərbaycan klubu olmağa iddialıdır”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46