Almaniyanın Münxen şəhərində böyüklər arasında taekvondo üzrə Avropa çempionatına start verilib. Qitə birinciliyinin ilk günündə Azərbaycan millisinin iki üzvü dayyanq üzərinə çıxıb.
Yarışın açılış günündə Riyad Şirəliyev (68 kq) və Minayə Əkbərova (46 kq) mübarizəyə qoşulublar. Hər iki təmsilçimiz ardıcıl qələbələr qazanaraq dörddəbir final mərhələsinə qədər irəliləsələr də, yarımfinalın bir addımlığında məğlub olaraq yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan bu nüfuzlu turnirdə ümumilikdə 9 taekvondoçu ilə təmsil olunur. Növbəti günlərdə kişi taekvondoçularmızdan Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq), qadınlardan isə Səmərrux Osmanova (49 kq), Məryəm Məmmədova (53 kq) medallar uğrunda döyüşəcəklər.