Azərbaycanlı şahmatçılar Türkiyə Superliqasında uğurlu çıxışlarını davam etdirirlər. 11 turun nəticələrinə əsasən, həmyerlilərimizin təmsil etdikləri klublar turnir cədvəlində iddialı mövqelərini qoruyub saxlayırlar.
Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu “Beyeqan Pendik” klubu 22 xalla turnir cədvəlinə başçılıq edir. Eltac Səfərlinin çıxış etdiyi “Türk Hava Yolları” kollektivi isə 18 xalla üçüncü pillədə qərarlaşıb.
Avqustun 15-dək davam edəcək mötəbər yarışda ölkəmizin digər tanınmış şahmatçıları – Aydın Süleymanlı, Rauf Məmmədov, Nicat Abasov, Ülviyyə Fətəliyeva, Xaqan Əhməd və başqaları da qələbə uğrunda mübarizə aparırlar.