Çinin Quyyan şəhərində boks üzrə dünya kuboku keçirilir. Yarışın bu gün baş tutan final döyüşlərində ölkəmiz bir boksçu ilə təmsil olunub.
75 kq çəki dərəcəsində mübarizə aparan Seyidcəmşid Cəfərov rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, bu, Cəfərovun dünya kuboklarında ardıcıl ikinci çempionluğudur.
Xatırladaq ki, daha öncə millimizin digər üzvlərindən Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) yarışı bürünc medalla başa vurmuşdular.