“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin II turunda növbəti oyununa çıxıb. “Bayquşlar” Bakıda Çexiyanın “Slaviya” (Praqa) klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah” ilk turda İngiltərənin “Mançester Yunayted” komandasına 0:5 hesabı ilə məğlub olub. Komanda növbəti oyunlarını oktyabrın 20-də Almaniyanın “Borussiya”sına, noyabrın 4-də Norveçin “Vikinq”inə, noyabrın 25-də İspaniyanın “Barselona”sına və dekabrın 8-də digər İspaniya təmsilçisi “Vilyarreal”a qarşı keçirəcək.
İki turdan sonra xalı olmayan “Sabah” turnirin ümumi cədvəlində 36 komanda arasında sonuncu – 36-cı pillədə qərarlaşıb.
“Sabah” (U-19) – “Slaviya” (U-19) – 0:3 (0:2)
Qollar: Şıvala, 5 (0:1), Kotrba, 41 (pen.) (0:2), Savoviç, 90+4 (0:3).