“Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Təmsilçimiz turnirin liqa mərhələsinə vəsiqə uğrunda İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
İsrail təmsilçisi III təsnifat mərhələsində Serbiyanın “Srvena Zvezda” klubunu hər iki oyunda – 1:0 və 2:0 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Təqvimə əsasən, “Sabah” ilk matçı avqustun 19-da səfərdə, cavab qarşılaşmasını isə avqustun 25-də Bakıda keçirəcək.