Azərbaycan Premyer Liqasının I turu çərçivəsində Masazırdakı “Bank Respublika Arena”da kecirilən qarşılaşmada ev sahibi “Sabah” doğma azarkeşləri önündə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edərək yeni mövsümə qələbə ilə başlayıb.
Görüşün ilk 45 dəqiqəsi gərgin və qarşılıqlı mübarizə şəraitində keçsə də, komandalar real qol imkanlarından yararlana bilməyiblər və fasiləyə qolsuz bərabərliklə yollanıblar. Matçın taleyi baş məşqçi Valdas Dambrauskasın ikinci hissədə reallaşdırdığı uğurlu əvəzləmələr dəyişib. Fasilədən sonra meydana daxil olan oyunçular komandanın hücum xəttinə gücləndiriblər.
Bunun məntiqi davamı olaraq, 72-ci dəqiqədə ehtiyatdan meydana qoşulan Coy-Lans Mikkels təyin olunmuş penaltini dəqiq yerinə yetirərək “Sabah”ı hesabda irəli çıxarıb – 1:0. Matçın son dəqiqələrində isə digər əvəzetmədən müvəffəqiyyətlə yararlanan Ksander Severina fərqi artıraraq qarşılaşmanın son nöqtəsini qoyub – 2:0.
Beləliklə, Valdas Dambrauskasın yetirmələri taktiki üstünlüyü və ehtiyat qüvvənin uğurlu oyununu nümayiş etdirərək mövsümün ilk üç xalını aktivinə yazdırıblar.
“Sabah” – “Kəpəz” 2:0 (0:0)
Qollar: Coy-Lans Mikkels, 72-pen. (1:0), Ksander Severina, 90+1 (2:0)
Baş hakim: Fərid Hacıyev
“Sabah”: Rəvan Mirzəməmov, Tellur Mütəllimov (k), Abdulla Xaybulayev, Kahim Parris (Ksander Severina, 61), Junior Almeyda, Orfe Mbina (Coy-Lans Mikkels, 61), Rodriqo Fernandes, Eyden Makkarti, Yunes Laşaab (Aleksey İsayev, 61), Kristian Nvaçukvu (Rauf Rüstəmli, 88), Cafet Bulus (Timoteuş Puxaç, 70).
“Kəpəz”: Roşerio Santos, Urfan Abbasov, Namiq Ələsgərov (Rafael Məhərrəmli, 70), Əli Səmədov (k) (Vadim Abdullayev, 87), Dioqo Verdaşka, Kennet Kalunqa (Ümid Səmədov, 87), Azuma Abubakar, Viktor Stınə, Mahamadu Ba (Şakir Seyidov, 70), Adama Fofana, Mate Abuladze.
Sarı vərəqələr: Azuma Abubakar, Rodriqo Fernandes, Cafet Bulus, Dioqo Verdaşka.
Stadion: Masazır, “Bank Respublika Arena”