Səudiyyə Ərəbistanında “Ronaldo böhranı”: Ulduz futbolçu rəhbərliyə üsyan etdi!

02.02.26 | 15:09
Dünya futbolu

“Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo klubun transfer siyasətinə və idarəçilik sisteminə etiraz olaraq şok qərar verib. Portuqaliyalı ulduz komandanın növbəti matçına çıxmaqdan imtina edir.

Səudiyyə Ərəbistanı Pro Liqasında sular durulmur. Dünyanın diqqət mərkəzində olan “Əl-Nəsr” klubu ciddi daxili böhranla üz-üzədir. Komandanın əsas siması Kriştiano Ronaldonun 20-ci turda “Əl-Riyad”a qarşı keçiriləcək görüşdə iştirak etməyəcəyi bildirilir. Lakin bu dəfə səbəb nə zədə, nə də yorğunluqdur.

Klub daxilindəki etibarlı mənbələrdən sızan məlumatlara görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) maliyyə bölgüsündən kəskin narazıdır. İddia olunur ki, 39 yaşlı hücumçu “Əl-Nəsr”in rəqibləri olan “Əl-Hilal” və “Əl-İttihad”la müqayisədə kifayət qədər dəstək görmədiyini düşünür.

Xüsusilə, baş məşqçi Xorxe Jesusun təkidlə istədiyi ulduz transferlərin reallaşmaması və qış keçid dövründə yalnız gənc iraqlı futbolçu Heydər Əbdülkərimlə kifayətlənilməsi Ronaldonun səbr kasasını daşıran son damla olub.

Ronaldonu qəzəbləndirən digər məqam isə əzəli rəqib “Əl-Hilal”ın transfer bazarındakı hegemonluğudur. “Göylər”in Pablo Mari və Kader Meyte kimi oyunçular üçün ayırdığı nəhəng büdcə, üstəlik Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a keçəcəyi ilə bağlı gəzən söz-söhbətlər “Əl-Nəsr” kapitanında klubun gələcəyinə dair ciddi şübhələr yaradıb.

Klubun daxilindəki qeyri-müəyyənlik təkcə yaşıl meydanlarla məhdudlaşmır. Ayın əvvəlində idman direktoru Simau Kutinyo və baş direktor Joze Semedonun rəhbərlik tərəfindən uzaqlaşdırılması idarəçilik boşluğu yaradıb. Ronaldo hesab edir ki, bu cür qeyri-peşəkar mühitdə çempionluq qazanmaq qeyri-mümkündür.

Xatırladaq ki, yanvarda komandanın sükanı arxasında olan Xorxe Jesusun “Əl-Nəsr rəqibləri kimi siyasi nüfuza malik deyil” ifadəsi böyük qalmaqala səbəb olmuşdu. Ronaldonun bugünkü “boykot” qərarı, əslində, bu iddianın meydanlardakı əks-sədası kimi qiymətləndirilir.

İndi bütün dünya bu suala cavab axtarır: Rəhbərlik Ronaldonu geri dönməyə razı sala biləcək, yoxsa bu, portuqaliyalı əfsanənin Səudiyyə macərasının sonunun başlanğıcıdır?

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27