Sərxan Hacıyev: “DÇ-2027-nin finalının Azərbaycanda keçirilməsini istəyirik”

25.04.26 | 14:26
Ölkə futbolu

AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev gənclərdən ibarət (U-20 millinin hazırlıq prosesi və ölkəmizin ev sahibliyi edəcəyi DÇ-2027-yə dair mühüm açıqlamalarla çıxış edib. Hazırda Qəbələdə davam edən təlim-məşq toplanışını dəyərləndirən federasiya rəsmisi, komandanın gələcək planları və heyətin gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Aprelin 13-dən start götürən U-20 millisinin Qəbələ toplanışı artıq yekunlaşmaq üzrədir. S.Hacıyev bildirib ki, bu mərhələ daha çox tanışlıq və seleksiya xarakteri daşıdığı üçün yoldaşlıq oyunları keçirilməyib. Lakin hazırlıq prosesi bununla bitmir: “Növbəti toplanış mayın sonu və iyunun əvvəli üçün planlaşdırılır. Yenə Qəbələdə baş tutacaq iki həftəlik hazırlıq dövründə artıq yoldaşlıq oyunlarının keçirilməsi gündəmdədir. Hazırda bu istiqamətdə detallar üzərində işləyirik”.

Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının vaxtı artıq dəqiqləşib. Turnir 2027-ci ilin sentyabr ayının ortalarından oktyabrın əvvəlinə qədər davam edəcək.

AFFA rəsmisinin sözlərinə görə, turnirin təşkilati məsələləri birbaşa FİFA-nın müvafiq departamenti ilə koordinasiya edilir. Əsas hədəf isə final matçına ev sahibliyi etməkdir:  Hazırda Özbəkistan tərəfi ilə final oyununun Azərbaycanda keçirilməsi üçün intensiv danışıqlar aparılır. Federasiya millinin qarşısına yalnız iştirak etmək deyil, turnirdə “iz qoymaq” və layiqli mübarizə aparmaq tapşırığını qoyub”.

Heyətin komplektləşdirilməsi məsələsində AFFA “skautinq” şəbəkəsini genişləndirir. Hazırkı toplanışda İspaniyanın “Marset” akademiyasından bir futbolçu iştirak etsə də, gələcəkdə legionerlərin sayı artacaq. Sərxan Hacıyev qeyd edib ki, Türkiyə və İsveçdə çıxış edən namizədlərlə yanaşı, Almaniyada top qovan perspektivli azərbaycanlılar da izlənilir. Lakin Almaniyadakı oyunçuların bir hissəsinin hələlik Azərbaycan pasportu almaması prosesi bir qədər ləngidir.

Gənclər komandasının inkişafı üçün daxili rəqabətin vacibliyini vurğulayan vitse-prezident, Əvəzedicilər Liqasının formatının dəyişdirilə biləcəyini də istisna etməyib. Bu addımın məqsədi gənc futbolçuların mütəmadi oyun praktikası qazanmasını təmin etməkdir.

Hazırda hazırlıqlar FİFA və dövlət qurumları ilə sıx təmasda davam edir. Yaxın aylarda turnirin təşkilati detalları və komandanın hazırlıq qrafiki ilə bağlı daha konkret məlumatların veriləcəyi gözlənilir.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18