Rəşad Sadıqov: “Aprel ayının yorğunluğu özünü göstərir”

03.05.26 | 23:27
Ölkə futbolu

Səfərdə “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında qələbə sevincini bölüşüb, komandanın vəziyyəti və gələcək planlarına toxunub.

Qarşılaşmanın gərgin keçdiyini vurğulayan Sadıqov rəqibin oyununu xüsusi qeyd edib: “Bizim üçün kifayət qədər ağır oyun oldu. Qəbələ çox baxımlı futbol sərgiləyir. Hesab edirəm ki, bu heyətlə onlar turnir cədvəlində daha yüksək yerlərdə qərarlaşmalı və avrokuboklar uğrunda mübarizə aparmalı idilər. Matç gərgin mübarizə şəraitində keçdi. Sona qədər fədakar oyun nümayiş etdirdikləri üçün futbolçularıma təşəkkür edirəm”.

Zirəlilərin oyunun əvvəlindəki zəif çıxışına aydınlıq gətirən baş məşqçi, əsas səbəbin yorğunluq olduğunu bildirib: “Oyuna çox pis başladıq, birinci hissədə top itkilərimiz həddindən artıq çox idi. Aprel ayının sıx oyun qrafiki və fiziki yorğunluq artıq özünü büruzə verir. İkinci hissədə müəyyən qədər toparlana bildik və oyunu xeyrimizə dəyişdik. Növbəti görüşlərdə daha keyfiyyətli futbol oynamaq üçün daxili güc tapmalıyıq”.

Heyətdəki itkilərin taktiki gedişlərə mane olduğunu deyən mütəxəssis, bəzi futbolçuları riskə atdıqlarını gizlətməyib: “Müəyyən mövqelərdə rotasiyalar etdik, lakin hələ də ciddi problemlərimiz var. Xüsusilə Enrikenin zədəsi bizi çətin vəziyyətdə qoyub. Bu səbəbdən İssa Cibrillanı rotasiya edə bilmirik. İssa ardıcıl ağır oyunlardan sonra zədələnmə riskinin olduğunu özü də bilir. Bu gün onu meydana bir az ehtiyatla buraxmışdıq, elə qoldan dərhal sonra da zədələnməməsi üçün əvəzlədik”.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18