“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la keçirilən yoldaşlıq oyunundan sonra UEFA-nın “Turan Tovuz” klubu barədə çıxardığı qərarı şərh edib.
Təcrübəli mütəxəssis turnir cədvəlindəki digər rəqiblərin də vəziyyətinə toxunaraq, qərarın gecikməsindən narazılığını bildirib: “Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik, yaxşı olardı. Hazırkı vəziyyətdə “Sumqayıt” və “Araz-Naxçıvan”ın etiraz etmək üçün tam əsasları var. Əgər onlar bunu əvvəlcədən bilsəydilər, avrokuboklar uğrunda mübarizədən bu qədər tez kənarda qalmazdılar”.
Baş məşqçi, həmçinin klub rəhbərliyi ilə Konfrans Liqasından imtina variantını da müzakirə etdiklərini gizlətməyib: “Rəhbərliklə söhbətlərimizdə bu ehtimalı dəyərləndirdik. Ancaq belə bir addım atılsaydı, “Zirə” özü də cəzalandırıla bilərdi. Bu səbəbdən digər klubları günahlandırmağı düzgün hesab etmirəm”.