Qurban Qurbanov: “Problemləri gizlətmirik, “Dinamo” ilə cavab matçında hər şeyi dəyişməyə çalışacağıq”

12.08.26 | 15:36
Ölkə futbolu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiyev “Dinamo”su ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Səfərdəki ilk matçda qeydə alınan 0:1 hesablı məğlubiyyəti şərh edən təcrübəli mütəxəssis sabahkı həlledici qarşılaşma öncəsi iddialı danışıb və jurnalistlərin suallarını cavablandırıb.

Oyuna hazırlıq prosesindən danışan baş məşqçi rəqibin üstünlüyünə baxmayaraq, əllərindən gələni edəcəklərini vurğulayıb: “Hazırlıq üçün kifayət qədər vaxtımız olub. İlk matçdakı məğlubiyyətə baxmayaraq, yaxşı oyun sərgiləyərək istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. İnanıram ki, futbolçular matçın son dəqiqəsinə qədər mübarizəyə köklənəcəklər. Qarşımızda ilk oyundan sonra üstünlüyə sahib olan və müdafiə olunmağı əla bacaran rəqib dayanır”.

“Qarabağ”ın ilk oyuna yaxşı başlayıb sonradan fərdi səhvlərə yol verməsi və rotasiya məsələsinə toxunan Qurbanov səbəbləri açıqlayıb: “Səbəblər var. Bəlkə də bu, rotasiya ilə bağlı idi, lakin dəyişikliklər çox deyildi. Sadəcə, hücum xəttində bir neçə düzəliş etmişdik. Çox vaxt rəqib səhv etməyə məcbur edir  və bu, futbolun təbii hissəsidir. Adətən belə texniki səhvlər aşağı templi oyunlarda baş verir. Əgər nəticə qazanmaq istəyiriksə, bunları mütləq aradan qaldırmalıyıq. Komandamız yenidir və futbolçular hələlik meydanda bir-birlərini tam mənada tamamlamalı və qarşılıqlı anlaşmanı lazımi səviyyəyə çatdıra bilməyiblər“.

Abdulla Zubirin mərkəzdə, yoxsa cinahda daha effektiv olması barədə sualı cavablandıran baş məşqçi seçim hüququnun hər zaman məşqçilər korpusunda olduğunu bildirib: “Meydana çıxmayan futbolçular özləri düşünməlidirlər ki, niyə ilk dəqiqələrdən şans qazanmadılar. Biz həmişə Zubiri sol cinahda görmüşük. Sabah da heyətdə müəyyən rotasiyalar olacaq”.

Fransalı futbolçunun klubdan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə Qurbanov cavabı qısa olub: “Bu barədə danışılacaq heç nə yoxdur”.

Komandanın son üç matçdır qol vura və standart vəziyyətlərdən yararlana bilməməsi səbəbindən yaranan psixoloji duruma toxunan mütəxəssis problemləri etiraf etməkdən çəkinməyib: “Bu vəziyyətin təsirsiz ötüşməsi mümkün deyil. Məsələyə normal yanaşıram və onu aradan qaldırmağa çalışıram. Oyunda effektivlik və nəticə olduqda futbolçuların özünəinamı da artır. Mövsümün müəyyən dönəmlərində belə hallar yaşana bilər. Qol vurmaq üçün daha çox çalışmalıyıq. Planımız müəyyən qədər pozulub, lakin zaman keçdikcə bu çatışmazlıqları aradan qaldıracağıq və hər şey öz axarına düşəcək.

Problem varsa onu etiraf etməyə hazıram. Əgər qol vura bilmiriksə, bu, faktdır. Standart vəziyyətlərdən yararlana bilməməyimizi də boynumuza alırıq. Bu o demək deyil ki, biz analitika aparmırıq, üzərimizdə işləmirik və ya futbolçularla danışmırıq. Bəlkə indi alınmır, amma müəyyən vaxtdan sonra hər şey yaxşı olacaq. Biz həmişə standartlardan, mövqe hücumlarından və əks-hücumlardan çox qollar vurmuşuq”.

Cəbrail Makretskisçinin qırmızı vərəqə aldığı epizoda baş məşqçinin səssiz qalması, əvvəlki illərdə isə Kevin Medina və ya Mişelə görə daha emosional olması ilə bağlı sualı cavablandıran Qurbanov maraqlı etiraf edib: “İllər ötdükcə səbrim daha da azalır. Belə epizodlar futbolçu üçün ən gözlənilməz anlardır. Rəqibi görmədiyin zaman topa oynamağa çalışırsan. Bundan əvvəl Kevin Medianın Ağadadaş Salyanlıya qarşı çox kobud oynadığı epizodda, yaxud Mişelə olan qırmızıda emosional reaksiya vermişdim. Sonuncuya nə qədər əsəbiləşsəmdə, o, mənim ən sevimli futbolçularımdan biri idi. Xarakterli oyunçu idi. Məşqlərdə çox danışardı, amma öz işini hər zaman layiqincə yerinə yetirərdi”.

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00