«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyev «Dinamo»suna üzləşdikləri minimal hesablı məğlubiyyəti şərh edib.
Təcrübəli mütəxəssis Polşadakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında əsas diqqəti cavab oyununa yönəltdiklərini bildirib: “Geniş danışmağa ehtiyac yoxdur, dərhal cavab oyununa hazırlaşmalıyıq. Müdafiədə çox mütəşəkkil çıxış edən rəqiblə qarşılaşdıq. Meydanda dinamikanı artırmaq vacib idi, lakin havanın həddən artıq isti olması buna imkan vermədi — futbolçuları həddindən artıq yükləmək istəmədim. Bakıya qayıdacağıq və hazırlıq üçün 5-6 gün vaxtımız olacaq. Həmçinin, bizi dəstəkləmək üçün bura qədər uzun yol qət edən azarkeşlərimizə minnətdarlığımı bildirirəm”.