Qurban Qurbanov: “Bir oyunda iki standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir”

07.09.26 | 01:19
Ölkə futbolu

Premyer Liqanın IV turunda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə üstələyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis gərgin keçən qarşılaşmanı dəyərləndirməklə yanaşı, müdafiədəki boşluqlara və qapıçı Mateuş Koxalskinin komandadan ayrılma ehtimalına da aydınlıq gətirib.

Qurbanov ilk növbədə futbolçularını təbrik edərək rəqibin müqavimətini yüksək qiymətləndirib: “Futbolçularımı təbrik edirəm, həqiqətən də çox gərgin oyun alındı. Qarşımızda yaxşı müdafiə olunan və cəld əks-hücumlar təşkil edən ciddi rəqib var idi. Eyni zamanda, 90 dəqiqə boyunca bizə dəstək olan azarkeşlərimizə minnətdarlığımı bildirirəm”.

Buraxılan iki qolun müdafiə xəttindəki narahatlıqdan xəbər verib-vermədiyi ilə bağlı sualı cavablandıran çalışdırıcı, əsas problemin diqqətsizlikdə olduğunu vurğulayıb: “Deməzdim ki, bu, müdafiədə ümumi narahatlığa əsas verir. Sadəcə, iki standart vəziyyətdə diqqətsizlik etdik. Əlbəttə, bu cür epizodlar çox təhlükəlidir. Bir oyunda iki dəfə standart vəziyyətdən qol buraxmaq bəlkə də məsuliyyətsizlikdir. Növbəti qarşılaşmalarda bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq”.

“Qarabağ”ın baş məşqçisi polşalı qapıçı Mateuş Koxalskinin mümkün gedişi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Hələ ki rəsmi gediş yoxdur, amma danışıqlar gedirdi. Müqaviləsində xüsusi bir bənd var və bu, bizi hər transfer pəncərəsində danışıqlar aparmağa vadar edir. Bu gün vacib matçımız var idi və bütün diqqətimizi oyuna yönəltmişdik. Məsələnin son durumu ilə oyundan sonra maraqlanacağam”.

Paylaş:

Xəbər Lenti

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20