“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18
Ölkə futbolu

“Tvente” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Slovakiyanın zəif “DAK 1904” (“Dunayska Streda”) klubu ilə bərabərə qalaraq (3:3) UEFA əmsallar cədvəli üçün maksimum xal toplamaq fürsətini əldən verdi. Ensxededəki ilk matçda qazanılan 6:0 hesablı qələbədən sonra pley-offa vəsiqə onsuz da təhlükədə deyildi. Lakin baş məşqçi Con van den Bromun meydana “eksperimental” heyət buraxması komandanın oyun ritmini tamamilə pozdu.

Pley-off mərhələsində “Tvente”nin rəqibi Ukraynanın “Dinamo ” (Kiyev) klubunu 2:0 hesabı ilə məğlub edərək mərhələ adlayan “Qarabağ” olacaq. “Qarabağ” zəif təsir bağışlayan DAK-dan qat-qat güclü və ciddi rəqibdir.

“Tvente” 2009-cu ildə Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşıb. Həmin vaxt Niderland təmsilçisi 3:1 və 0:0 hesabları ilə mərhələ adlayan tərəf olmuşdu.

Slovakiyadakı matçın gedişatında “Tvente” Maks Bruns və sonradan meydana daxil olan Marko Pyatsanın qolları ilə 2:0 önə keçsə də, fasilədən sonra komanda sanki oynamaqdan imtina etdi. Niderland klubunun ikinci hissədə sərgilədiyi futbol heç bir çərçivəyə sığmırdı.

Baş məşqçi Van den Brom bu qarşılaşmaya adi yoxlama oyunu kimi yanaşdı. Halbuki Niderlandın UEFA reytinqindəki mövqeyini yaxşılaşdırmaq üçün belə matçlar asan xal qazanmaq üçün ideal fürsətdir. Lakin bu məsuliyyət “Tvente”nin oyununda qətiyyən hiss olunmadı.

Van den Bromun tətbiq etdiyi dəyişikliklər komandanın mexanizmini ciddi şəkildə axsatdı və özünü doğrultmadı.

Qapıçı məsələsi: Baş məşqçi PSV-dən 500 min avroya yenidən transfer edilən Coel Drommelə şans verdi. Drommel 2021-ci ilin mayından bəri ilk dəfə “Tvente”nin qapısını qorudu.

Hücum xətti doğrulmadı: Əfsanəvi Yan Venneqor of Hesselinkin oğlu, 17 dəfə ehtiyatdan meydana daxil olduqdan sonra ilk dəfə start heyətində yer alan gənc hücumçu Lukas ümidləri doğrultmadı. Vout Veqhorstun arxasında “ikinci hücumçu” statusunu daşıyan Lukas, DAK qarşısında heç nə ilə yadda qalmadı.

Müdafiədə buraxılan kobud səhvlər: İlk qolda (“Ferentsvaroş”a qarşı da bərbad oynayan) gənc Rud Niystad kobud səhvə yol verdi. Daha sonra Bart van Royun Qilyerme Peyşoto ilə əvəzlənməsi müdafiəni daha da zəiflətdi. Nəticədə mərkəzdəki boşluqdan istifadə edən rəqib hesabı bərabərləşdirdi – 2:2.

Van den Brom Slovakiyada demək olar ki, hər kəsə oynamaq şansı versə də, ötən mövsümün əsas hücumçusu Sem Lammersi ehtiyatda saxladı. Veqhorstun gəlişindən sonra Lammers tamamilə diqqətdən kənarda qalıb. Yüksək maaş alan futbolçuya qarşı bu rəftar, onu komandadan getməyə məcbur etmək üçün qəsdən atılan addım təsiri bağışlayır.

İkinci hissədə bərbad oyun nümayiş etdirən “Tvente” az qala məğlub olacaqdı. Müdafiənin növbəti acınacaqlı səhvindən sonra DAK-ın hücumçusu Prins Ovusu (“Qəbələ”nin sabiq oyuçusu – red.) komandasını önə keçirdi – 3:2. Yalnız matçın sonlarında Marko Pyatsanın vurduğu qol (3:3) hesaba bir qədər “hörmət” gətirdi və Niderland klubunu tam biabır olmaqdan xilas etdi. Yalnız matçın sonlarında Marko Pyatsanın vurduğu qol (3:3) hesaba bir qədər “hörmət” gətirdi və Niderland klubunu tam biabır olmaqdan xilas etdi.

De Telegraaf

Paylaş:

Xəbər Lenti

“Qarabağ”ın rəqibi Niderland mətbuatının hədəfində

14.08.26 | 13:18

Tahir Gözəl: “Ambisiyalarımız böyükdür, daha iki yeni transfer axtarışındayıq”

14.08.26 | 12:47

“Qarabağ”ın qələbəsi ölkəmizin UEFA reytinqindəki mövqeyini möhkəmləndirdi

14.08.26 | 12:16

Mahir Emrelinin “Rakuv”u pley-offda: İsveçdə vacib qələbə

14.08.26 | 02:13

“Beşiktaş” və “Trabzonspor”un rəqibləri bəlli oldu, Murad Məmmədov ilk qolunu vurdu

14.08.26 | 02:32

Qurban Qurbanov: “Çempionlar Liqası atmosferini və birliyi yenidən hiss etdik”

14.08.26 | 00:10

İqor Kostyuk: “Nə bəxtimiz gətirdi, nə də ustalığımız çatdı”

14.08.26 | 00:17

“Qarabağ” Bakıda “Dinamo”nu məğlub edib pley-offa yüksəldi!

13.08.26 | 23:24

Məhkəmə zallarından meydanlara: Mendinin təlatümlü həyatı və qayıdışı

13.08.26 | 19:14

Torresdən Flikə gözlənilməz zəng: “Məşqə gəlməyəcəyəm, mən gedirəm”

13.08.26 | 18:39

ESPN dünyada ilin ən yaxşı məşqçilərini seçdi: Vinsent Kompanidən böyük sıçrayış

13.08.26 | 18:20

Zidanın Fransa millisindəki məşqçi heyəti bəlli oldu

13.08.26 | 16:33

Gərgin mövsümdən təmtəraqlı toya: Lukas Ernandes ulduz futbolçuların iştirakı ilə evləndi

13.08.26 | 16:10

“Neftçi”dən növbəti transfer həmləsi: Yuri Vernıdub sloveniyalı müdafiəçini komandasında görmək istəyir

13.08.26 | 15:50

“Şəfa”dan növbəti əcnəbi transferi

13.08.26 | 15:27

Ksander Severin: “Pley-offda zəif rəqib olmur, bizi gərgin matçlar gözləyir”

13.08.26 | 15:55

Təyyarəyə tələsən “Fulhem” meydandan qaçdı: “Malaqa” boş qapıya qol vurub kubok qazandı

13.08.26 | 14:04

Mourinyodan İbrahimoviçə sərt sözlər: “Anana de ki, sən bu mükafata layiq deyilsən”

13.08.26 | 14:18

Premyer Liqada I turun təyinatları bəlli oldu

13.08.26 | 13:43

“Kəpəz” belçikalı mərkəz yarımmüdafiəçisini transfer etdi

13.08.26 | 13:00