Fransa nəhəngi PSJ komandanın gələcəyi ilə bağlı ciddi addımlar atıb. Paris təmsilçisi “Monako” ilə cümə günü keçiriləcək matç ərəfəsində ümumilikdə altı yeni müqavilənin imzalandığını açıqlayıb.
Klubu ardıcıl iki dəfə Çempionlar Liqasının qalibi edən baş məşqçi Luis Enrikenin sözləşməsi yenilənib. İspaniyalı mütəxəssis 2030-cu ilə qədər komandanın sükanı arxasında qalacaq.
Baş məşqçi ilə yanaşı, əsas heyətin beş üzvü də klubla yeni müqaviləyə imza atıb. Həmin futbolçular aşağıdakılardır:
Lukas Beraldo (22 yaş, mərkəz müdafiəçisi) – 2031-ci ilə qədər
Senni Mayulu (20 yaş, yarımmüdafiəçi) – 2031-ci ilə qədər
Joao Neveş (21 yaş, yarımmüdafiəçi) – 2031-ci ilə qədər
Villian Paço (24 yaş, mərkəz müdafiəçisi) – 2031-ci ilə qədər
Fabian Ruis (30 yaş, yarımmüdafiəçi) – 2028-ci ilə qədər