Ölkə çempionatını 4-cü turu azarkeşlər üçün yüksək məhsuldarlıqla yadda qalıb. Hesabat turunda keçirilən qarşılaşmalarda qapılara ümumilikdə 26 qol vurulub.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, 6 matçda qeydə alınan orta məhsuldarlıq 4,33 olub ki, bu da son 6 mövsümün rekordudur. Bundan əvvəl daha yüksək nəticə 2020/21 mövsümünün X turunda qeydə alınmışdı. Həmin vaxt 4 oyunda 19 top (orta hesabla 4,75) vurulmuşdu.
Vurulan qolların ümumi sayına gəldikdə isə, bu həftə qeydə alınan nəticə son 21 mövsümün ən yaxşı göstəricisidir. Çempionat iştirakçıları sonuncu dəfə 2005/06 mövsümündə bir tur ərzində 27 dəfə qol sevinci yaşamışdılar. Xatırladaq ki, vurulan 26 qoldan 20-si legionerlərin paylna düşüb.