Premyer Liqada 2026/27 mövsümünün start vaxtı və açılış turunun oyun təqvimi açıqlanıb. Peşəkar Futbol Liqasının (PFL) təqdim etdiyi cədvələ əsasən, yeni mövsümün ilk oyunu Tovuzda baş tutacaq.
PFL-dən bildirilib ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunun ot örtüyündə aparılan təmir işləri ilə əlaqədar “Sumqayıt” – “Neftçi” matçının məkanı dəyişdirilib. Bu qarşılaşma “SOKAR Polimer Arena”da keçiriləcək.
Premyer Liqa, I turun oyun cədvəli
14 avqust (cümə)
19:30 «Turan Tovuz» – «Qəbələ»
Məkan: Tovuz şəhər stadionu
15 avqust (şənbə)
18:30 «Araz-Naxçıvan» – «İmişli»
Məkan: Qəbələ şəhər stadionu
20:45 «Sabah» – «Kəpəz»
Məkan: Masazır, «Bank Respublika Arena»
16 avqust (bazar)
19:00 «Sumqayıt» – «Neftçi»
Məkan: Sumqayıt, «SOKAR Polimer Arena»
21:00 «Zirə» – «Şəfa»
Məkan: Bakı, Zirə İdman Kompleksinin stadionu
17 avqust (bazar ertəsi)
19:30 «Qarabağ» – «Şamaxı»
Məkan: Bakı, Tofiq Bəhrəmov adına Respublika Stadionu